Icma.az
close
up
RU
“Latsio”: azarkeş dəstəyindən məhrum olan qalib komanda

“Latsio”: azarkeş dəstəyindən məhrum olan qalib komanda

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

A seriyasında 23-cü tura Romada keçirilən matçla start verildi. 5 qolun qeydə alındığı “Latsio” – “Cenoa” oyununun nəticəsindən çox tamaşaçı amili ilə bağlı fakt diqqəti cəlb etdi.

"Football-plus.az" xəbər verir ki, ev sahiblərinin azarkeşləri rəhbərliyin fəaliyyətinə etiraz əlaməti kimi “Olimpiko” stadionunu, demək olar ki, boş qoydular. Yerli mənbələrin xəbərinə görə, təxminən 30 min futbolsevər “Latsio”nun prezidenti Klaudio Lotitoya qarşı boykota əl atmağı lazım bilib. Belə etiraza səbəb kimi klubun ambisiyasızlığı, transfer siyasətindəki məhdudiyyətlər və Lotitonun iştirakıyla yayılan qalmaqallı səs yazıları göstərilir.
Rəhbərliyin rəsmi bəyanat yayaraq boykot çağırışlarını “qəbuledilməz” adlandırması isə azarkeşləri daha da qəzəbləndirib. Bunu hüquqlarının tapdanması kimi dəyərləndirən fanatlar cümə günü 70 min yerlik stadionda yalnız 5 mindən bir qədər çox tərəfdarın görünməsinə şərait yaradıblar. Onlar nəhəng arenanı tərk etməzdən əvvəl “Xəyalsız, bizə, sadəcə, sağ qalmaq lazım deyil” yazılan banner açıblar. Azarkeş dəstəyindən böyük ölçüdə məhrum olan “Latsio”nun son saniyələrdə penalti qolu ilə 3:2 hesablı qələbə qazanması, yəqin ki, rəhbərliyə daha çox lazım idi. Görəsən, bu nəticə klubun başbilənlərinə münasibəti nə dərəcədə dəyişəcək və ya dəyişə bilərmi?..
Şənbə və bazar günü, təbii ki, əsas diqqət çempionluğa iddialıların iştirakı ilə keçirilən oyunlara yönəlmişdi. “İnter”in Kremona səfərinndə maksimum xal alacağı gözlənilirdi. Liderin 2:0 hesablı qələbəsinin əsasını qoyan Lautaro Martines A seriyasında 128-ci qolunu vurdu. Argentinalı hücumçu Milan klubunun bombardirlərinin siyahısında 4-cü olan Alessandro Altobelliyə çatdı. İlk hissədə Zyelinskinin fərqi iki topa çatdırması milanlıların fasilədən sonra nisbətən rahat oynamasına şərait yarada bilərdi. Kremonalılar güclü rəqibə qarşı cəsarətli oyun sərgiləsələr də, layiq olduqları bir qolun belə sevincini yaşaya bilmədilər. Çempionatdakı məğlubiyyətsiz seriyası 11 oyuna (10 qələbə, 1 heç-heçə) çatan Kristian Kivunun komandası inamlı qələbə ilə mövqeyini möhkəmlətdi.
Bu mövsüm bir qədər qeyri-sabit çıxış edən “Napoli” də azarkeşlərini sevindirdi. Son çempion evdə “Fiorentina”ya 2:1 hesabıyla qalib gələrək 3-cü yerdə qaldı. Kapitanı Di Lorentsonu zədə səbəbindən itirən Antonio Kontenin komandası liderdən yenə 9 xal geridədi.
Parmada eyniadlı rəqibi 4:1 hesabıyla məğlub edən “Yuventus” isə “Roma”nın oyununun bazar ertəsinə təyin olunmasından yararlanaraq azı bir günlüyə 4-cü yerə yüksəldi. İtaliyanı Çempionlar Liqasında təmsil edən “Atalanta” isə Komo səfərində böyük əzmkarlıq göstərdi. Berqamolular 8-ci dəqiqədə Ahanorun qırmızı vərəqə almasına görə azlıqda qalsalar da, evə xalla qayıtmağı bacardılar. Bunda son dəqiqədə Pasın penalti zərbəsini dəf edən qapıçı Karnesekki də rol oynadı.
23-cü tur
Latsio – Cenoa 3:2

Pedro, 56-p. Teylor, 62. Kataldi, 90+10-p. – Malinovski, 67-p. Vitinya, 75. (5402)
Latsio: Provedel, Maruşiç, Xila, Provstqor, Luka Pelleqrini (Tavareş, 82), Başiç, Kataldi, Teylor (Dele Başiru, 81), İsaksen (Noslin, 88), Maldini (Ratkov, 73), Pedro (Kançelyeri, 73).
Napoli – Fiorentina 2:1
Verqara, 11. Qutyerres, 49 – Solomon, 57. (40000)
Napoli: Milinkoviç-Saviç, Juan Jezus, Buoncorno, Qutyerres, Di Lorentso (Olivera, 30), Spinatsola, Lobotka, Verqara (Jiovane, 84), Maktominey, Elmas, Höylunn (Lukaku, 90+1).
Fiorentina: De Xea, Ponqraçiç, Komutso, Dodo, Qosens (Ranyeri, 70), Breşianini (Parizi, 70), Fabbian (Mandraqora, 46), Facoli, Qudmundsson (Fatsini, 79), Solomon (Ken, 70), Pikkoli.
Komo – Atalanta 0:0
(11925)
Atalanta: Karnesekki, Skalvini, Cimşiti, Ahanor, De Roon, Ederson, Zalevski (Bellanova, 46/Kossunu, 86), Zappakosta, Bernaskoni, De Ketelare (Krstoviç, 60), Skamakka (Sulemana, 18).
Kremoneze – İnter 0:2
L.Martines, 16. Zyelinski, 31. (14828)
İnter: Zommer, Bissek, Akanci, Bastoni, Zyelinski, Dimarko, Suçiç (Diuf, 82), Luis Enrike (Mxitaryan, 60), Frattezi (Darmian, 60), L.Martines (Bonni, 74), F.Espozito (M.Türam, 60).
Parma – Yuventus 1:4
Kambyazo, 51-öz qapısına - Bremer, 15; 54. Makkenni, 37. Devid, 64. (22027)
Yuventus: Di Qreqorio, Kelli, Bremer (Qatti, 66), Kalulu, Kambyazo, K.Türam, Lokatelli, Makkenni (Kabal, 74), Konseysao (Kostiç, 65), Yıldız (Miretti, 46), Devid (Openda, 81).
Piza – Sassuolo 1:3
Ebişer, 51 – Berardi, 25. Karaççolo, 51-öz qapısına. İ.Kone, 58. (10185)
Kalyari – Verona 4:0
Matsitelli, 36. Kılıçsoy, 45+2. Sulemana, 84. İdrissi, 90+1. (15791)
Torino – Leççe 1:0
Adams, 29. (6000)
Udineze – Roma 1:0
Ekkelenkamp, 49.
1. İnter 23 18 1 4 52-19 55
2. Milan 22 13 8 1 35-17 47
3. Napoli 23 14 4 5 33-21 46
4. Yuventus 23 13 6 4 39-18 45
5. Roma 23 14 1 8 27-14 43
6. Komo 23 11 8 4 37-16 41
7. Atalanta 23 9 9 5 30-20 36
8. Latsio 23 8 8 7 24-21 32
9. Udineze 23 9 5 9 26-34 32
10. Bolonya 22 8 6 8 32-27 30
11. Sassuolo 23 8 5 10 27-29 29
12. Kalyari 23 7 7 9 28-31 28
13. Torino 23 7 5 11 22-40 26
14. Cenoa 23 5 8 10 27-34 23
15. Kremoneze 23 5 8 10 20-31 23
16. Parma 23 5 8 10 15-30 23
17. Leççe 23 4 6 13 13-30 18
18. Fiorentina 23 3 8 12 25-36 17
19. Piza 23 1 11 11 19-40 14
20. Verona 23 2 8 13 18-41 14
Bombardirlər: L.Martines (İnter) - 13, Duvikas, Pas (hər ikisi “Komo”), Pulişiç (Milan), Yıldız (Yuventus) - 8.
Növbəti turun oyunları fevralın 6-9-u aralığında keçiriləcək: Verona - Piza, Cenoa – Napoli, Fiorentina - Torino, Bolonya – Parma, Leççe - Udineze, Sassuolo - İnter, Yuventus - Latsio, Atalanta – Kremoneze, Roma – Kalyari, Milan - Komo.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 06 Fevral 2026 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see577

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see531

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see442

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see393

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see300

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see275

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see262

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see242

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see239

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see236

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see234

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see219

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see211

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see210

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see209

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see209

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see203

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see202

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri