“Traktor” azarkeş dəstəyindən məhrum olundu! farslara olar, türklərə yox?!
Icma.az bildirir, Footbal-plus portalına istinadən.
“Traktor”un İran kubokunun 1/16 finalında əzəli rəqibi “Persepolis”i penalti seriyasında məğlub etməklə 1/8 finala vəsiqə qazandığını xəbər vermişdik.
“Football-plus.az” xəbər verir ki, İran Futbol Federasiyasının İntizam Komitəsi qələbəni təbrizlilərin “burnundan gətirib”. Belə ki, “Traktor” cari mövsümdə ölkə kubokunda həm ev, həm də səfər oyunlarında azarkeşsiz oynamalıdı. Təbriz klubuna 3 milyard tümən cərimə kəsilib, həmçinin 12 lider azarkeşinə 6 ay müddətinə stadiona giriş qadağası qoyulub. Bu da son deyil!
“Traktor” gələn mövsüm ölkə kubokunda “Persepolis”ə qarşı oynayarsa, azarkeşləri stadiona buraxılmayacaq. Halbuki ötən mövsüm “Persepolis” azarkeşləri türklərin ünvanına irqçi şüarlar səsləndirilmiş, amma həmin kluba münasibətdə heç bir ciddi cəza tətbiq olunmamışdı!
Baxış sayı:87
Bu xəbər 25 Dekabr 2025 16:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















