Latviya Seymi Komissiyası Rusiya və Belarusa turist səfərlərinin qadağan edilməsini dəstəkləyir
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Latviya Seyminin (parlamentinin) Milli İqtisadiyyat, Aqrar, Regional Siyasət və Ətraf Mühit Komitəsi “Turizm haqqında” Qanuna ölkə operatorlarına Rusiya və Belarusa turların təşkilini qadağan edən düzəlişləri dəstəkləyib.
“Report” xəbər verir ki, bu barədə Latviyanın LSM dövlət televiziya və radio portalı məlumat yayıb.
Düzəlişlərin təşəbbüskarı, “Yeni Birlik” Partiyasından olan parlament üzvü Janis Patmalnieks iddia edib ki, bunlar Rusiya və Belarusiyaya səfər edən Latviya vətəndaşlarına qarşı mümkün insan hüquqlarının pozulması risklərini azaltmaq üçün lazımdır. O, həmçinin hesab edir ki, səyahət qadağası latviyalıların Rusiya və Belarus kəşfiyyat xidmətləri tərəfindən işə götürülməsinin qarşısını ala bilər.
Latviya İqtisadiyyat Nazirliyinin nümayəndəsi, həmçinin Rusiya və Belarus marşrutları üzrə fəaliyyət göstərən ölkənin sərnişin daşıyıcıları üçün əlavə məhdudiyyətlərə icazə verib.
Bundan əvvəl müdafiə naziri Andris Spruds və daxili işlər naziri Rihards Kozlovskis ölkə sakinlərini Rusiya və Belarusa səfərlərdən çəkinməyə çağırıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 19 Fevral 2025 00:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















