Latviya XİN: NATO Ukrayna münaqişəsinə qoşulmağa hazır deyil
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Şimali Atlantika Alyansı Ukraynada münaqişəyə girməyə hazır deyil. Bu barədə Latviyanın xarici işlər naziri Bayba Braze bildirib. Məlumatı “İzvestiya.ru” verib.
“Hazırda NATO münaqişəyə girməyə hazır deyil, çünki aydın konsepsiya ondan ibarətdir ki, Qərbdə Ukraynanın özünümüdafiəsi dəstəklənir, hamı lazım olan hər şeyi təmin edir, lakin heç kim döyüş əməliyyatları aparmaq üçün münaqişənin bir hissəsi olmaq istəmir”, - o bildirib.
Braze Aİ qoşunlarının Ukraynaya göndərilməsinin hipotetik ehtimalını eskalasiyadan qorxan Avropa üçün ciddi addım adlandırıb.
Günün əvvəlində “The Telegraph” qəzeti Böyük Britaniyanın baş naziri Kir Starmer və Fransa prezidenti Emmanuel Makronun Ukraynaya sülhməramlılar göndərməyi nəzərdən keçirdiyini yazıb. Onun sözlərinə görə, söhbət münaqişənin həlli ilə bağlı sazişin bağlanmasından sonrakı müddətdən gedir.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 16 Yanvar 2025 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















