Lautaro Martines “Barselona“nın alternativ transfer hədəfinə çevrilib
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İspaniyanın "Barselona" klubu argentinalı hücumçu Xulian Alvaresi transfer edə bilməsə, İtaliya təmsilçisi "İnter"in forvardı Lautaro Martinesi sıralarına cəlb etməyə çalışacaq.
Moderator.az xəbər verir ki, bu barədə "Sport.es" nəşri məlumat yayıb.
"Barselona" Alvaresin transferini əsas hədəf kimi müəyyənləşdirib. Lakin Madridin "Atletiko" klubu futbolçunu buraxmaq niyyətində deyil. Bu səbəbdən Lautaro Martines "Barselona" üçün alternativ variant kimi ön plana çıxıb.
Bildirilib ki, Martinesin transferi də asan başa gəlməyəcək. 27 yaşlı hücumçunun A Seriyası kollektivi ilə müqaviləsinin müddəti 2029-cu ilə qədər qüvvədədir.
O, ötən ilin mayında verdiyi açıqlamada "İnter"dən ayrılmaq ehtimalını istisna edib. Klubun prezidenti Cüzeppe Marotta da mümkün transferlə bağlı hər hansı danışıqların aparıldığını qəti şəkildə təkzib edib.
Məlumata görə, "İnter" Martinesi təxminən 120 milyon avro qarşılığında satmağa hazırdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 10 Avqust 2026 23:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















