Lavrov İrəvana səfəri zamanı “Soyqırım” abidəsini ziyarət etməyib
Missiya.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana səfəri zamanı Erməni “Soyqırım”ı Memorial abidəsini ziyarət etməyib.
Missiya.Az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, Erməni “Soyqırım”ı Memorial abidəsini ziyarət Lavrovun səfər gündəmindən çıxarılıb.
Bildirilib ki, rusiyalı nazir yalnız Naməlum Əsgər abidəsinə əklil qoyub, “Soyqırım” Memorial abidəsini ziyarət etməyib, ora sadəcə əklil göndərib.
“Ola bilsin ki, bu, Ermənistan hakimiyyətinin tələbi və Rusiya xarici işlər nazirinin razılığı ilə proqramdan çıxarılıb”, - deyə vurğulanıb.
Daşqın Həsənov
Missiya.Az
Baxış sayı:76
Bu xəbər 21 May 2025 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















