Ukrayna Rusiyanın bir sıra hərbi obyektlərinə zərbələr endirib
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Ukrayna Müdafiə Qüvvələrinin bölmələri avqustun 28-də və avqustun 29-na keçən gecə Rusiya qoşunlarının bir sıra hərbi obyektlərinə zərbələr endirib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat yayıb.
Ukrayna tərəfi Donetsk ərazisində və müvəqqəti işğal olunmuş Krımda pilotsuz uçuş aparatlarının (PUA) saxlanıldığı, hazırlandığı və buraxıldığı məntəqələrə zərbələr endirdiyini bildirib.
Məlumata görə, Krımda Rusiya qoşunlarının radioelektron mübarizə kompleksi vurulub.
Digər hədəf isə Rusiyanın nəzarətində olan Ukraynanın Donetsk vilayətinin Berestki yaşayış məntəqəsində yerləşən PUA-ların idarəetmə məntəqəsi olub.
Dəyən ziyanın miqyası dəqiqləşdirilir.
Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı avqustun 28-də Rusiyanın Bryansk vilayətində "Buk-M3" zenit-raket kompleksinin məhv edildiyini açıqlayıb.
"Düşmənin əsas hərbi hədəflərinə qarşı əməliyyatlar davam edir", - məlumatda qeyd olunub.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 29 Avqust 2026 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















