Lavrov: Rusiya Tayvanın müstəqilliyinə istənilən formada qarşıdır
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiya Tayvanın müstəqilliyini istənilən formada rədd edir və adanı Çinin ayrılmaz hissəsi kimi tanıyır.
Moderator.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2025-ci ilin yekunlarına dair TASS-a verdiyi müsahibədə bildirib.
Nazir vurğulayıb ki, Moskvanın Tayvan məsələsi ilə bağlı prinsipial mövqeyi yaxşı məlumdur, dəyişməz olaraq qalır və dəfələrlə ən yüksək səviyyədə təsdiqlənib:
“Rusiya tərəfi Tayvanı Çinin ayrılmaz hissəsi kimi tanıyır və adanın müstəqilliyinə istənilən formada qarşı çıxır”, – o qeyd edib.
Sergey Lavrov əlavə edib ki, Rusiya Tayvan problemini Çin Xalq Respublikasının daxili işi hesab edir.
Onun sözlərinə görə, Pekin öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün bütün qanuni əsaslara malikdir.
(Teleqraf)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 28 Dekabr 2025 08:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















