Lavrov: Təyyarələrimizə yanacaq doldurmaq istəmirlər
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xarici ölkələrə səfər zamanı sanksiyalar səbəbindən təyyarələrimizə yanacaq dolduran zaman ciddi problemlərlə üzləşirik.
Ölkə.Az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Lavrov bildirib ki, keçən il Cənubi Afrikanın paytaxtı Yohannesburqda BRİKS sammitində Rusiya prezidentini təmsil edərəkən belə bir problemlə üzləşdim. "Yohannesburqda keçirilən sammitdən geri uçuş üçün təyyarəyə yanacaq doldurmaqla bağlı ciddi problem yaşadıq. Məlum oldu ki, orada aviasiya yanacağı ilə işləyən bütün şirkətlər demək olar ki, bu ölkəyə aid deyilmiş”, - Lavrov bildirib .
Lavrov onu da əlavə edib ki, təyyarə ilə bağlı oxşar problemlər Braziliyada da yaşanıb.
Lavrov əlavə edib ki, həmin ölkələr sanksiyalardan qorxduğu üçün bizim təyyarələrə yanacaq doldurmaqdan boyun qaçırır.
Mürtəza
Ölkə.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 14 Noyabr 2024 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















