Icma.az
close
up
RU
Lavrovdan Əfqanıstan açıqlaması: “Üçüncü ölkələrin...”

Lavrovdan Əfqanıstan açıqlaması: “Üçüncü ölkələrin...”

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Moskvada keçirilən Əfqanıstan mövzusundakı toplantıda iştirakçılara müraciət edən Sergey Lavrov, Qərb hərbi qüvvələrinin regiondakı varlığının qəbul edilə bilməz olduğunu bir daha vurğulayıb.

"Cebheinfo.az" xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov, üçüncü ölkələrin Əfqanıstana hərbi infrastruktur yerləşdirməsinin qətiyyən qəbul edilə bilməz olduğunu bildirib. Rusiyanın paytaxtında “Moskva formatında” keçirilən Əfqanıstan toplantılarının 7-ci turu baş tutur.

Toplantıda çıxış edən Lavrov deyib:

“Üçüncü ölkələrə məxsus hərbi infrastrukturun, istənilən səbəblə Əfqanıstan və ya qonşu ölkələrin ərazisinə yerləşdirilməsi qətiyyən qəbul edilə bilməz, bunu bir daha təsdiqləyirik”.

Regional aktorların hərbi varlığının sabitliyi pozacağı və yeni münaqişələrə yol aça biləcəyi barədə xəbərdarlıq edən Lavrov əlavə edib: 

“Əfqanıstan tarixi, xarici hərbi varlığın olduğu bir çox hadisəyə şahidlik edib. Düşünürəm ki, artıq hamı düzgün nəticələr çıxarmalı idi”.

Qərb ölkələrinin düşmənçilik siyasətinin Əfqanıstanda ciddi problemlər yaratmağa davam etdiyini vurğulayan Lavrov sözlərini belə davam etdirib:

“Onlar Əfqanıstanın suveren maliyyə aktivlərini əlində saxlayır və Əfqan bank sektoruna qarşı sanksiya və məhdudiyyətləri davam etdirirlər. Bu qarşıdurma siyasətinin düzəldilməsini, müsadirə olunmuş aktivlərin geri qaytarılmasını və münaqişədən sonrakı yenidənqurma çərçivəsində Əfqan iqtisadiyyatına və infrastrukturuna onilliklər ərzində vurulan ziyanın aradan qaldırılması üçün məsuliyyət götürülməsini tələb edirik”.

Xatırladaq ki, Əfqanıstan mövzusundakı “Moskva formatı” 2017-ci ildə Rusiya, Əfqanıstan, Hindistan, İran, Çin və Pakistanın xüsusi nümayəndələrinin iştirakı ilə yaradılmış 6-lı məsləhətləşmə mexanizmi əsasında formalaşdırılıb.

Sonradan bu formata Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan da qoşulub.“Taliban” hərəkatı 2021-ci ilin yayından bəri Əfqanıstanda hakimiyyəti əlində saxlayır.Rusiya 2024-cü ilin iyul ayında qəbul etdiyi qərarla Kabildə qurulan hökuməti tanıyan ilk ölkə olmuşdu.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Oktyabr 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri