Icma.az
close
up
RU
Lavrovun SSRİ xiffəti

Lavrovun SSRİ xiffəti

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İnanaqmı ki, yalnız nostalgiyadır?

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir müddət əvvəl Alyaskada keçirilmiş Rusiya–ABŞ sammiti zamanı üzərində “SSRİ” yazılmış paltar geyinməsinə qəribə izah verib. Bəribaşdan deyək ki, Kremlin baş diplomatı “NBC News” telekanalına müsahibəsində hərəkətinin Sovet İttifaqını bərpa etmək istəyi olmadığını bildirib. Bəs qəribəlik nədədir, yazımızda bu barədə söz açacağıq. Amma əvvəlcə bir nüansın üzərində dayanaq.

Bəli, üzərində “SSRİ” yazılmış köhnəklərə və digər geyim növlərinə rast gəlirik. Bəzən Azərbaycan vətəndaşlarının da əyinlərində onları görürük. Üstəlik, bunu şüurlu və ya şüursuz şəkildə edənlər var. Heç də demək olmaz ki, şüurlular SSRİ-nin bərpasını arzulayırlar, yaxud keçmiş imperiyanın xiffətini çəkirlər. Əlbəttə, çəkənlərin mövcudluğu da mümkündür ki, məhz onları əsl şüursuzlar adlandırmaq mümkündür. Çünki belələri həmin SSRİ-nin yaranması ilə Azərbaycan xalqının və dövlətçiliyinin nədən məhrum olduğunun fərqinə varmırlar. Amma məqsədimiz heç də kimlərisə qınamaq deyil. Zamanla belə elementlər sıradan çıxacaq. Həm də ona görə kimisə qınamırıq ki, ölkəmizin müstəqilliyi ideyasını dəstəkləyənlərin sayı manqurtlardan dəfələrlə çoxdur və həmişə belə olub.

Əlqərəz, Lavrov bildirib ki, “biz Sovet İttifaqında doğulmuşuq. Rusiya Prezidenti Vladimir Putin dəfələrlə deyib ki, SSRİ-nin dağılmasına heyfsilənməyən insanın qəlbi yoxdur. Amma onun bərpasını istəyənin başı yoxdur. Bu tamamilə doğru ifadədir”. Əlbəttə, həm Putin, həm Lavrov, həm də digər Rusiya rəsmisi SSRİ-nin süqutunu ürək ağrısı ilə qarşılaya bilər. Çünki xalqların bərabərliyini şüara çevirmiş Sovetlər Birliyində əsas rolu rus varlığı oynayırdı. Yəni bərabərlik yalnız sözdə idi və əslində, dövlət “beynəlmiləlçiliyin” doğurduğu fəsadlara görə dağıldı.

SSRİ klassik imperiyaların yaşadıqları aqibəti yaşadı və başqa cür ola bilməzdi. Saxtalıq nə zamansa çat verməli idi və verdi də. Bu yazının müəllifi kimi, Sovetlər Birliyində doğulmuş bir çoxları belə bir aqibətin qaçılmazlığını bildiyi halda, niyə keçmişin xiffətini çəkməlidir? Digər tərəfdən, xiffəti çəkilməli durum olmayıb. Fəhlə-kəndli hökumətində o dövrün avtomobilləri fəhlənin adına alınırdısa, onu idarə edənlər isə müxtəlif üsullarla varlanmış digərləri idisə, niyə həmin dövr üçün burnumuzun ucu göynəsin? Yaxud pambıq respublikası kimi tanınmış Azərbaycanda apteklərdə pambıq tapılmırdısa, nə üçün belə dövlətin süqutuna heyflənəsən? Başqa saysız-hesabsız eybəcərliklər və haqsızlıqlar da var ki, onların hamısını sadalamağa lüzum görmürük.

...Lavrov müsahibəsində onu da bildirib ki, Rusiya bütün keçmiş sovet respublikalarını müstəqil dövlətlər kimi tanıyıb. “Biz onlarla tam müstəqil dövlətlər kimi münasibətlər inkişaf etdiririk. Amma Ukrayna kimi ölkələr fiziki və hüquqi baxımdan bütün rus izlərini məhv etməyə başlayanda… Təsəvvür edin ki, hansısa başqa ölkədə ingilis dilini, Amerika tarixini qadağan etsinlər”.

O zaman obrazlı şəkildə təsəvvür edək ki, əynimizə dar paltarı geyindirirlər. Həmin paltarda sıxılırıq. Nəhayət, libası çıxarmaq qərarına gəlirik və onu səliqə ilə bir kənara qoymaq ağlımıza gəlmir, çünki paltarda özümüzü pis hiss etmiş, əzab çəkmişik. Beləliklə, güc verir, libasa zərər yetiririk və bunu heç düşünmürük də. Yəqin, nə dediyimizin fərqinə vardınız.

Amma cənab Lavrov da haqlıdır. Məsələ ondadır ki, keçmiş sovet respublikalarının bir çoxunda rus dilinə münasibətdə qıcıq duyulur. Digər tərəfdən, hazırda başqa hansısa dövlətdə həmin dövləti idarə edən heç bir şəxsin ağlına tutalım ingilis dilini qadağan etmək gəlmir. Görəsən, Kremlin baş diplomatı rus dilinə qarşı hücumun səbəbləri barədə nə üçün düşünmür? Ola bilərmi ki, məsələ müasir Rusiyanın rus dilini beynəlxalq siyasət aləti kimi istifadə etməsindədir?

Nəyə görə mütləq çoxluq üçün SSRİ keçmişin xoş nostalgiyası prizmasından uzaqdır? Axı Lavrov ifadə tərzi baxımından çox düz deyir ki, əgər köklərini xatırlamırsansa, uşaqlıq, gənclik, ilk sevgi, dostlarla bağlı nostalji duyğuların yoxdursa, insanlığı və insani dəyərləri təsəvvür etməyin çətindir: “Həyatın boyu baş verənləri xatırlamaq və onları qiymətləndirmək bir şeydir, amma hər yeri hərbi yolla ələ keçirməyə çalışmaq tamamilə başqa şeydir. Bu, heç də eyni deyil”.

O zaman əsas sualımızı ünvanlayaq: Kimsə Lavrovun Alyaskaya üzərində “SSRİ” yazılmış geyimdə yollanmasının sırf nostalgiya mahiyyətinə inandımı? Axı onun ranqındakı rəsmi şəxslərin hər fikri kimi, geyimi də mesajdır. Sözümüz ondadır ki, cənab Lavrov “NBC News”un sualını cavablandırarkən diplomatikliyə üstünlük verməyə bilərdi. Heç şübhəsiz, o zaman daha səmimi təsir bağışlayardı. İndiki halda isə o, cavabı ilə nə dediyini anlamayan, ən pisi isə ideyasından yayınan birini xatırladır.

Ümumən, Lavrovun izahı ilə əlaqədar bir çox başqa məqamları vurğulamaq mümkündür. Amma buna da ehtiyac duymuruq. Yalnız bir məqama diqqət yetirək. Həm də ona görə ki, Azərbaycan müasir müstəqillik illərində SSRİ ilə bağlı bir çox eybəcərlikləri kənara qoymuş, Rusiya ilə mehriban qonşuluq əlaqələrinə üstünlük vermişdi. Hətta Moskvanın köməyi ilə Ermənistanın torpaqlarımızın 20 faizini işğal etməsini də həmişə dilə gətirmir, günahı, böyük ölçüdə, özümüzdə görür, nəticə çıxarmağa çalışırdıq. Çalışdıq və işğala son qoyaraq istəyimizə nail olduq.

Deməli, biz də SSRİ-dən miras qalmış yaramızı sağaldaraq, sabiq dövləti, belə demək mümkünsə, tam nostalgiyalaşdırmaq üçün fürsət qazandıq. Amma günün birində Rusiya səmasında sərnişin təyyarəmizə atəş açıldığını gördük. Rusiyada kimlərinsə təyyarə olayı müstəvisindəki haqlı tələblərimiz qarşılığında, az qala, bizi işğalla hədələdiklərini də həmçinin. Yəni təxminən SSRİ-nin qurulmasına, imperiya əsarətinə aparan sovet işğalı ilə hədələndik. Yeri gəlmişkən, bu sərsəm ritorika yenə aktuallığını qoruyur və belə bir vaxtda sıravi azərbaycanlı cənab Lavrovu Alyaskada üzərində “SSRİ” yazılmış geyimdə görür. Həmin azərbaycanlı necə inansın ki, Rusiya XİN rəhbərinin yalnız nostalgiya damarı tutub?

Ə.CAHANGİROĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Avqust 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see276

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see264

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see246

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see246

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see240

Olduqca gərgin və maraqlı oyunun şahidi olduq Rəşad Sadıqov

23 Avqust 2026 01:08see192

Tramp administrasından Kanadaya gözlənilməz tələb Karni AÇIQLADI

23 Avqust 2026 02:53see191

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see191

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see186

Alimlər çəki artımını dayandıran maddə tapdılar

22 Avqust 2026 19:21see173

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see168

“Trampın İrana hücum etməklə nümayiş etdirdiyi axmaqlıq bütün ölkələrin nüvə silahına sahib olmaq həvəsini artırdı...“

23 Avqust 2026 08:19see167

La Liqa klubunda yeni bombardir

23 Avqust 2026 00:51see166

Keçmiş məktəb direktoru vəfat etdi

22 Avqust 2026 18:57see166

Efiopiyanın Baş naziri Sahibə Qafarova ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə edib

23 Avqust 2026 01:59see165

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see162

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see161

Trabzonspor Fabinyonu istəyir

23 Avqust 2026 16:17see155

Biz Türkiyə ilə eskalasiyada maraqlı deyilik İsrailli nazirdən AÇIQLAMA

23 Avqust 2026 01:04see154

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri