Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Ən çox qazanan televiziya aktyorları...

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Layihə rəhbəri: COP29da qəbul edilmiş iki qərar son dərəcə vacibdir MÜSAHİBƏ

Layihə rəhbəri: COP29da qəbul edilmiş iki qərar son dərəcə vacibdir MÜSAHİBƏ

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

APA BMT-nin İqlim Dəyişmələri üzrə Qlobal İnnovasiya Mərkəzinin layihə rəhbəri Massamba Tioyenin müsahibəsini təqdim edir

- COP29-da qlobal iqlim gündəmini gələcəkdə formalaşdıracaq əsas nəticələr və qərarlar nələrdir?

- İki qərar son dərəcə vacibdir. Biri iqlim maliyyəsi ilə bağlıdır, çünki bu, inkişaf etməkdə olan ölkələrin iqlim tədbirlərini həyata keçirmək üçün maliyyə resurslarına sahib olmalarını təmin edəcək. Digər qərar isə karbon bazarı, 6.4-cü maddə ilə bağlıdır. Bu qərar karbon bazarının işləməyə başlamasını təmin edəcək. Karbon bazarı isə müsbət təsir göstərmək üçün iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin həyata keçirilməsini asanlaşdıran çox vacib beynəlxalq siyasət vasitəsidir.

- COP29-da 1.5 dərəcəlik iqlim məqsədinin beynəlxalq siyasətə ilk dəfə daxil edilməsi. Bu hədəfə çatmaqda əsas çətinlikləri və fürsətləri necə qiymətləndirirsiniz və bu məqsədin gələcək iqlim tədbirlərini formalaşdıracağı barədə nə düşünürsünüz?

- 1.5 dərəcəlik hədəfin razılaşmada yer alması çox vacib bir məsələdir. Əslində, bu tamamilə yeni deyil. O, artıq Paris razılaşmasında var idi. Lakin buradakı yenilik ondan ibarətdir ki, bu 1.5 dərəcəlik hədəfə daha çox vurğu edilir. Bu çox vacibdir, çünki iqlim tədbirlərinə baxış əsaslı yanaşmanı asanlaşdırır. Bu yanaşmada biz hansı yerdə olmaq istədiyimizdən başlayırıq, növbəti nəsillər üçün qurmaq istədiyimiz gələcəkdən, sonra isə bu gələcəyi geriyə doğru analiz edib, onu innovativ həllərə, bu gələcəyi qurmaq üçün həyata keçirilməli olan iqlim tədbirlərinə çeviririk. İndi isə problem ondadır ki, bu geriyə doğru analiz prosesi asan deyil və əksər hallarda bu, ölkələrin milli müəyyən edilmiş töhfələrinin hazırlanmasında rəhbər tutduqları əsas prinsip olmur. Ölkələr hədəflərini adətən nəyin mümkün olduğunu başa düşmələri əsasında müəyyən edirlər, lakin nəyin lazım olduğu, yəni 1.5 dərəcəlik hədəf əsasında deyil.

- COP29-da natiq və iştirakçı olaraq rolunuz və iştirakınız, həmçinin bunun qlobal iqlim hədəflərinin irəliləməsindəki əhəmiyyəti barədə danışa bilərsiniz?

- BMT-nin İqlim Dəyişmələri üzrə Qlobal İnnovasiya Mərkəzinin rəhbəriyəm, bu təşəbbüs BMT-nin İqlim Dəyişikliyi Konvensiyasının Baş katibi tərəfindən COP26-da, Qlazqo şəhərində başladılıb. Yəni, bu təşəbbüs artıq üç ildir fəaliyyət göstərir və əsasda bir məqsədi var: necə innovasiyalardan istifadə edərək daha çox insana xidmət edə bilərik, yəni heç kim geridə qalmasın, eyni zamanda, insan fəaliyyətlərini planetar sərhədlər daxilində saxlayaraq? COP-da BMT İqlim Dəyişmələri Qlobal İnnovasiya Dialoqu adlandırdığımız bir tədbir təşkil etdik, burada innovasiya ekosistemini dəvət etdik və onları iqlim və dayanıqlılıq keçidini mümkün edəcək həllər üzərində qarşılıqlı əlaqə qurmağa və düşünməyə dəvət etdik. 50-dən çox sessiya təşkil olundu və bu, olduqca uğurlu oldu, çoxlu dəyərli fikirlər və yaxşı nəticələr ortaya çıxdı.

- İnkişaf etməkdə olan ölkələrdə inkişaf etməkdə olan bazarların iqlim dəyişmələri ilə mübarizədə və davamlılığın təşviqində rolu nədir??

- Onların çox mühüm rolu var, çünki iqlim və davamlılıq üzrə fəaliyyət potensialının çoxu məhz buradadır. Bir vacib cəhəti də yadda saxlamalıyıq. Bu ölkələr gələcəkdə inkişaf edəcək ölkələrdir. Bu ölkələr ən çox yeni infrastrukturun qurulacağı ölkələrdir. Bu o deməkdir ki, ya onların inkişaf yolu iqlim və dayanıqlılıq hədəfləri ilə uyğunlaşdırılmalıdır və yalnız bu halda biz qlobal miqyasda iqlim və dayanıqlılıq keçidini həyata keçirə bilərik, ya da onlar qlobal şimalın inkişaf yolunu izləyəcəklər və bununla iqlim və dayanıqlılıq hədəfinə çatmaq mümkün olmayacaq. Beləliklə, bu ölkələrdə dərhal həyata keçirilməsi lazım olan bəzi tədbirlər var. Onlar rəqəmsal texnologiyalardan istifadə edə bilməlidirlər ki, sıçrayış edərək qlobal şimalın inkişaf yolunu izləməsinlər. Məktəblər qurmaq əvəzinə, virtual öyrənmə sistemləri inkişaf etdirməli və bu, məktəbləri əvəz edəcək qədər effektiv olmalıdır. Hər yerdə yeni infrastruktur qurmaq əvəzinə, rəqəmsal texnologiyalardan istifadə edərək mümkün qədər infrastrukturun yerinə keçə biləcək fiziki infrastrukturu qurmaqdan qaçınmalıdırlar. Yalnız qlobal cənubda, yüksələn və inkişaf etməkdə olan ölkələrdə inkişafda bu köklü dəyişiklik baş verərsə, iqlim və dayanıqlılıq keçidinə çatmaq şansı olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 27 Noyabr 2024 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see336

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see311

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see296

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see276

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see273

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see271

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see270

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see267

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see259

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see249

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see245

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see244

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see240

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see239

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see232

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see230

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see221

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see217

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see210

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri