Icma.az
close
up
RU
Nazir Murat Kurum: COP29da qəbul edilən qərarlar gələcəyimiz üçün önəmli olacaq MÜSAHİBƏ

Nazir Murat Kurum: COP29da qəbul edilən qərarlar gələcəyimiz üçün önəmli olacaq MÜSAHİBƏ

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyənin Ətraf mühit və şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurumun APA-ya müsahibəsi

- Ətraf mühiti daha çox çirkləndirən, iqlim dəyişmələrinin əsas səbəbkarlarından olan bəzi ölkələrin – Fransa, Norveçin başçıları, eləcə də Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen COP29-da iştirak etmir. İqlim dəyişmələrinə görə daha çox məsuliyyət daşıyan ölkələrin rəhbərlərinin bu təşəbbüslərə laqeyd yanaşmasına münasibətiniz necədir?

- Bu, Azərbaycanın COP29-a ev sahibliyi prosesini sabotaj etməyə yönəlik bir cəhddir. Biz bunu doğru saymırıq. Bir tərəfdən “ortaq evimiz, ortaq dünyamız, ortaq gələcəyimiz bu işləri görməyimiz gərəkdir” deyərkən belə bir toplantıda Azərbaycanda olmamaq təzadlı durumdur.

Amma buna baxmayaraq, Azərbaycan COP29-a çox nümunəvi ev sahibliyi etdiyini bütün dünyaya göstərdi. Prezidentlərin, Baş nazirlərin, nazirlərin olduğu, hədəflərin paylaşıldığı bir prosesi birlikdə görürük. Mən bununla bağlı ilk növbədə gördükləri işlərə, həyata keçirdikləri layihələrə görə azərbaycanlı qardaşlarımızı təbrik edirəm. Onlar istəsə də, istəməsə də, son nəticədə bu tədbir yüksək səviyyədə keçirilir. Əsas COP29 çərçivəsində qəbul edilən qərarların həyata keçirilməsidir. İnşallah, qəbul edilən qərarlar gələcəyimiz üçün önəmli olacaq və həyata keçiriləcək. Səmimi olmaq lazımdır. İnkişaf etməkdə olan ölkələrin bir tarixi məsuliyyəti yoxdur, amma inkişaf etmiş ölkələr toplantıda iştirakdan belə imtina edirlər. O zaman insan bunun necə bir səmimiyyət olduğunu düşünür. Onlar səmimi olub-olmasalar da, biz bu işi əlini daşın altına qoyan hər dövlətlə, azərbaycanlı dostlarımızla, digər dostlarımızla davam etdirəcəyik. Bu mənada iqlim sərmayələrinin nə dərəcədə önəmli olduğunu dilə gətirəcəyik.

- COP29-da iqlim sərmayəsi ilə bağlı hədəflərə nail olunacaqnı, bu vəsaitlər toplana biləcəkmi?

-İnşallah. Belə olması önəmlidir. 10 gün ərzində bununla bağlı müzakirələr aparılacaq. Keçmişdə qəbul edilən qərarlar var, 100 milyard dollar sərmayə təmin edilib. Amma bu 100 milyard dolların yetməyəcəyini hər kəs bilir. Artıq bunu trilyon dollar səviyyəsinə çıxaracaq qərarların qəbulu, bilavasitə inkişaf etməkdə olan ölkələrə bu dəstəklərin verilməsi önəmlidir. Bununla bağlı qərarların qəbul oluanacağına ümid edirik.

- Prezident Ərdoğan COP29-un Liderlər Sammitində çıxışında Türkiyənin iqlim dəyişmələrindən ən çox əziyyət çəkən ölkələrdən olduğunu dedi. Türkiyə iqlim dəyişikliyi ilə mübarizədə hansı addımları atır?

- Türkiyə Paris razılaşmasına tərəf olmadan da bir çox addımlar atıb və atmağa da davam edir. Sənaye, istehsal və digər sahələrlə bağlı bir çox addımları atdıq. Millət bağçaları, meşələrin salınması, qoruqların sayının artırılması ilə. elektrik mühərrikli avtomobillərimizlə bu prosesi həyata keçiririk və həyata keçirməyə davam edəcəyik.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://apa.az
archiveBu xəbər 13 Noyabr 2024 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see140

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see138

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see138

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri