Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Leandronun qolları + Matiasın səhvləri = darmadağın!

Leandronun qolları + Matiasın səhvləri = darmadağın!

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Neftçi (Bakı) – Qarabağ (Ağdam) 0:3 (0:1)
93. Rza Cəfərov (k) – 5,0
3. Höccət Haqverdi – 4,5
90. Ramil Şeydayev – 6,0
13. Emil Səfərov – 5,0
14. Edvin Kuç – 5,0
(17. Rəhman Hacıyev, 60) – 5,0
6. Rafael Quzzo – 4,5
(10. Filip Ozobiç, 60) – 5,0
99. Ervin Koffi – 5,0
(88. Andrey Ştoqrin, 60) – 5,0
44. Yuri Matias – 4,0
23. Robert Bauer – 4,5
24. Mustafa Sek – 4,5
11. Kilan Lebon – 5,0
(47. Murad Məmmədov, 68) – 5,5
Ehtiyat oyunçular
1. Emil Balayev
30. Rusatam Samiqullin
7. Azər Əliyev
91. Ağadadaş Salyanski
4. Mark Tamaş
22. Dembo Darbo
20. Alfa Konte
77. Yeqor Boqomolski
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Ramil Şeydayev
97. Fabian Buntiç – 6,0
30. Abbas Hüseynov – 6,0
24. Aleksey İsayev – 6,0
44. Elvin Cəfərquliyev – 5,5
(27. Toral Bayramov, 46) – 5,5
22. Musa Qurbanlı – 6,5
(21. Aleksey Kaşuk, 71) – 5,0
90. Nəriman Axundzadə - 6,5
81. Kevin Medina (k) – 6,0
2. Mateus Silva – 6,5
6. Julio Romao – 5,0
(66. Patrik Andrade, 46) – 5,5
15. Leandro Andrade – 7,0
(7. Yassin Benzya, 71) – 5,0
11. Emmanuel Addai – 6,5
(19. Redon Cica, 85) – qiymətsiz
Ehtiyat oyunçular
1. Şahruddin Məhəmmədəliyev
99. Mateuş Koxalski
20. Riçard Almeyda
13. Bəhlul Mustafazadə
29. Marko Veşoviç
10. Abdulla Zubir
18. Olavio Juninyo
Baş məşqçi: Qurban Qurbanov
Qollar: L.Andrade, 27 (0:1). N.Axundzadə, 53 (0:2, L.Andrade). L.Andrade, 55 (0:3, M.Qurbanlı).
Vərəqələr: E.Kuç, 8 (qeyri-idman hərəkəti). L.Andrade, 28 (qeyri-idman hərəkəti). E.Cəfərquliyev, 34 (qeyri-idman hərəkəti). Y.Benzya, 72 (qeyri-idman hərəkəti). Y.Matias, 74 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Akif Əmirli, Elçin Məsiyev (hamısı Bakı).
VAR hakimi: Kamal Umudlu (Bakı).
VAR hakiminin köməkçisi: Elşad Abdullayev (Bakı).
Hakim-inspektor: Asim Xudiyev (Bakı).
AFFA nümayəndəsi: Elçin Mehtiyev (Bakı).
1 dekabr. Bakı. “Neftçi Arena”. 7069 tamaşaçı (11000 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 7,0.
Bu gedişlə Azərbaycan derbisi də dəbdən düşəcək. Axı vaxtilə “Neftçi” ilə “Qarabağ”ın bir-birini sınağa çəkdiyi oyunlar həm meydanda, həm də tribunalarda gərgin mübarizə ilə müşayiət olunurdu. İndi isə tribunalarda derbi, rəqabət ab-havası duyulursa, meydanda bunu görmürük. “İmarət Tayfa”, “Qarabağ Ordu”, “Forza Neftçi” canfəşanlıq edir, “Qarabağ” azarkeşlərinin dəstəyinə layiq olmağa çalışır. “Neftçi” isə…
Meydana eksperimental heyətlə çıxan, Benzya, Veşoviç, Zubir, Juninyo kimi liderlərini ehtiyatda saxlayan “Qarabağ” artıq 2-ci dəqiqədə hesabı aça bilərdi. Amma uzaqdan qapını nişan almaq istəyən Addai qeyri-dəqiq oynadı. Halbuki Emilin yöndəmsiz ötürməsi sayəsində topu ələ keçirən qanalı əla fürsət yaxalamışdı. Ardınca komandaların mərkəzdə davam edən mübarizəsini izlədik. Həm “ağ-qaralar”, həm də “köhlən atlar” hücuma keçməyə çalışır, rəqibin müqavimətiylə üzləşirdi. 16-cı dəqiqədə Şeydayev Bauerin uzun ötürməsindən sonra Buntiçlə təkbətək çıxmaq üzrə idi ki, Medina sürəti hesabına ona çatdı və cərimə meydançasının daxilində zərərsizləşdirdi. Amma sonda laysmanın ofsayd bayrağı havaya qalxdı.
21-ci dəqiqədə Addai topu tora qovuşdursa da, tablodakı rəqəmlər dəyişmədi. Ona görə ki, Rzanın dəf etdiyi top Nərimanın qoluna dəyəndən sonra qapı xəttini keçdi. Bir qədər sonra “Neftçi” hesaba açmağa çox yaxın oldu. Belə ki, Ramil meydanı tərk etməkdə olan topu qapı önünə qaytardı, amma Quzzo ardıcıl iki dəfə topa zərbə vura bilmədi. Belə legionerin olmasından olmaması yaxşıdı! “Qarabağ” hesabı elə bu epizoddan sonra açdı. 27-ci dəqiqədə Matiasın olduqca kobud səhvindən sonra topu ələ keçirən Leandro onu və Rzanı arxada qoyaraq boş qapını “nişan aldı” – 0:1. “Ağ-qaralar”ın hesabı bərabərləşdirmək şansını 34-cü dəqiqədə Ramil boşa verdi. Hissənin sonunda Musa təkbətək çıxsa da, zərbə anını gecikdirdi və belədə Rza ilə mübarizədən məğlub ayrıldı.
Gözləmək olardı ki, Samir Abasov paltardəyişmə otağında yetirmələrini ruhlandıra, onlar da 2-ci hissədə oyunun axarını dəyişə biləcək.
Amma belə olmadı. Ağdamlılar ardıcıl qollar vurmaqla intriqanı öldürdü. 53-cü dəqiqədə Rza topu oyuna daxil edərkən səhvə yol verdi, Leandro cərimə meydançasına daxil oldu, Matiası aldadaraq qapı önünə dəqiq ötürmə verdi ki, Nərimanın fərqi artırması çətin olmadı. Rzanın diqqəti Leandroda olduğundan fürsət gözləyən gənc hücumçu nəzarətsiz qalmışdı. Bauer, Sek və Haqverdi isə bu epizodda tamaşaçı rolunda idi. Fərqi darmadağın həddinə çatdıran qol 55-ci dəqiqədə vuruldu. Düzdü, burda Matias ofsayd olduğunu düşünərək Musanın ötürməsinə, Leandronun qapıya zərbə vurmasına mane olmadı. Lakin hansısa qayda pozuntusundan söhbət gedə bilməz, Koffi ofsaydı pozurdu. Abasov dərhal üçlü dəyişikliyə əl atmaqla oyunun axarında dönüş yaratmağa çalışsa da, “Qatar artıq getmişdi”. Hər halda, Buntiç 69-cu dəqiqədə Ozobiçin, daha sonra Muradla Ramilin zərbələrini zərərsizləşdirdi.
Belədə hesab dəyişmədi ki, “Qarabağ” iki gün əvvəl “Araz-Naxçıvan”ın ələ keçirdiyi zirvəni yenidən özünə qaytardı. “Neftçi” isə hələ də autsayderlər sırasındadı. Paytaxt klubu Samir Abasovun rəhbərliyi altında meydana çıxdığı 6 matçın yalnız ikisində qələbə qazanıb!
Gözdən qaçmadı
* Olimpiya çempionu, “Neftçi” azarkeşi kimi tanınan cüdoçu Hidayət Heydərov və kinorejissor, “Araz-Naxçıvan”ın mətbuat xidmətinin sabiq rəhbəri Tahir Tahiroviç azarkeşlər arasındaydı.
*“Forza Neftçi” “Qarabağ, Ağdam”, “İmarət Tayfa” isə “Samir “Neftçi”ni çempion et” şüarları səsləndirdi. “Neftçi”nin azarkeşləri “Qarabağ”ı və Əliyar Ağayevi, “Qarabağ”ın azarkeşləri isə “Neftçi”ni təhqir etdi.
* “Qarabağ” azarkeşləri “Neftçi”nin loqosunun yer aldığı və üzərində “necə olacaq?” yazılan pankart açmışdı. Onlar əvvəlki oyunların hesablarını (4:1, 5:0, 4:0) da göstərmişdi. Nəyə işarə etdikləri aydın idi…
KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:247
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 Dekabr 2024 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see611

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see288

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see277

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see267

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see258

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see252

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see233

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see229

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see228

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see219

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see218

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see205

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see202

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see201

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see197

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see193

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see192

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see192

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see185

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri