Gələn il heç bir şəhər və rayona pul ayrılmayacaq VİDEO
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Gələn il 67 şəhər və rayonun yerli xərclərinin əlavə dotasiya ayrılmadan ödənilməsi proqnozlaşdırılır.
bakıvaxtı.az Xezerxeber.az-a istinadən xəbər verir ki, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində həmin şəhər və rayonlar üzrə gəlirlər 18 milyard 430 milyon manat, yerli xərclər isə 735 milyon 575 min manat göstərilib.
Çünki layihədəki hər bir şəhər və rayon üzrə nəzərdə tutulan gəlirlər yerli xərclərə bərabərdir və ya ondan çoxdur.
Mövzu ilə bağlı danışan iqtisadçı Eyyub Kərimli bildirir ki, yerli xərclər sakinlərin gündəlik istifadə etdiyi infrastrukturun saxlanılması və yenilənməsi ilə bağlı bir sıra işləri əhatə edir.
Layihəyə əsasən, şəhər və rayonlar üzrə toplanması proqnozlaşdırılan gəlirlərin hamısı yerli xərclərə sərf edilməyəcək. Bu xərcləri üstələyən vəsaitlər dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərinə aid edilməsi nəzərdə tutulur. Sənəddə söhbət rayonların bütün maliyyə ehtiyaclarını müstəqil qarşılamasından deyil, müəyyən edilmiş yerli xərclərin həmin ərazilər üzrə gəlirlər hesabına ödənilməsindən gedir.
Eyyub Kərimlinin fikrincə, yerli səviyyədə maliyyələşdirilən layihələr yaşayış şəraitinin yaxşılaşdırılması ilə yanaşı, sahibkarlığın inkişafı baxımından da əhəmiyyət daşıyır.
Qanun layihəsində gəlirlərin yerli xərcləri ödəmədiyi hallar üçün də mexanizm göstərilib. Sənəddə belə vəziyyət yarandıqda şəhər və rayonlara onların yerli xərclərinin 10 faizindən çox olmayan hissəsi qədər dövlət büdcəsindən vəsait ayrılması nəzərdə tutulur.
Qeyd edək ki, yerli xərclərin öz gəlirləri hesabına qarşılanması əvvəlki illərdə də tətbiq edilib. 2026-cı ilin dövlət büdcəsində yalnız bir rayon üçün dotasiya nəzərdə tutulmuşdu. 2027-ci il üzrə təqdim olunan layihədə isə 67 şəhər və rayonun hamısının yerli xərclərini öz gəlirləri hesabına ödəməsi proqnozlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 02 Noyabr 2026 21:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















