Icma.az
close
up
RU
Ləğv edilmiş Mərkəzin jurnalı: Yeni redaktor köhnə heyətlə işləyəcək

Ləğv edilmiş Mərkəzin jurnalı: Yeni redaktor köhnə heyətlə işləyəcək

Teleqraf.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ləğv edilmiş Azərbaycan Dövlət Tərcümə Mərkəzinin orqanı olan “Xəzər” jurnalının Dillər Universitetində fəaliyyətini davam etdirməsi əlamətdar hadisədir və təsadüfi seçim deyil. Universitetin rektoru Kamal Abdullanın jurnalın məsləhətçisi olması yaradıcı heyətə əlavə stimul verəcək.

Bu sözləri Teleqraf.com-a jurnalın yeni redaktoru Etimad Başkeçid deyib.

Xatırladaq ki, 1989-cu ildən nəşr olunmağa başlamış jurnalın sonuncu redaktoru Xalq yazıçısı, həm də Tərcümə Mərkəzinin sədri olan Afaq Məsud idi.

Etimad Başkeçid bildirib: "Jurnalın redaksiya heyətinə Saday Budaqlı, Mahir N.Qarayev, Nəriman Əbülrəhmanlı, Yaşar Əliyev və Cavid Zeynallı daxildir. Bu adamların əlavə təqdimata ehtiyacı yoxdur. Amma yenə də bilmək lazımdır ki, məsələ personalilərdə deyil, yeni şəraitdə, formatda, qarşıya qoyulan vəzifələrin icrasını və jurnalın yüksək standartlara cavab verən fəaliyyətini təmin etməkdədir".

Etimad Başkeçidin sözlərinə görə, dövrilik, həcm kimi məsələlər haqqında jurnalın mart ayında nəşr olunacaq ilk nömrəsində geniş yazı ilə çıxış etməyi nəzərdə tutur.

"Xəzər"in əməkdaşı, yazıçı Nəriman Əbdülrəhmanlı bildirib ki, 35 illik tarixə malik jurnalın nəşrinin davam etməsi həm mədəniyyətimiz, həm də tərcümə ədəbiyyatımız üçün müsbət haldır.

Onun sözlərinə görə, əsas xətt saxlanılmaqla jurnalı daha da təkmilləşdirməyi, onun daha oxunaqlı olması, üstəlik elmi materiallarla, tələbələrin, müəllimlərin yaradıcılığı ilə zənginləşdirməyi planlaşdırırlar:

"Yalnız jurnalla kifayətlənməyəcəyik, onun əlavələri də buraxılacaq. Respublikada tərcümə məkanını genişləndirmək adına bir sıra işlər görməyi hədəfləyirik: forumlar təşkil etmək, ali məktəblərdə, tərcümə ilə məşğul olan idarələrdə çalışan mütəxəssisləri dəvət etmək, onlarla görüşlər keçirmək, universitetin kollektivini, tələbələrini prosesə qoşmaq kimi planlarımız var".

Nəriman Əbdülrəhmanlının sözlərinə görə, jurnalın köhnə heyəti yerində qalır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 17 Yanvar 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri