Icma.az
close
up
RU
Ləğv prosesində olan bankların kreditlərini ödəniş sistemləri və mobil tətbiqlər vasitəsilə odəmək mümkün olacaq

Ləğv prosesində olan bankların kreditlərini ödəniş sistemləri və mobil tətbiqlər vasitəsilə odəmək mümkün olacaq

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xidmət keyfiyyətinin artırılması istiqamətində mütəmadi yeni layihələrin təqdimatını həyata keçirən Əmanətlərin Sığortalanması Fondu xidmət çeşidliyini artırmaq və müştərilərinin rahatlığını təmin etmək üçün yeniliklər tətbiq etməyə davam edir.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, ləğv prosesində olan (LPO) bankların müştəriləri kredit ödənişlərini Azərbaycanda geniş ödəniş terminal şəbəkəsinə malik olan MilliÖn ödəniş sistemi və terminalları, habelə AniPay, M10, ABB və “Kapital Bank” ASC-nin mobil tətbiqi vasitəsilə artıq günün 24 saatı, həftənin 7 günü bütün ölkə ərazisində, filiallara getmədən, növbə gözləməyə vaxt itirmədən çevik şəkildə həyata keçirə biləcəklər. Qeyd edək ki, onlayn ödəniş sistemləri və terminalları ödəniş zamanı müştəridən heç bir komissiya haqqı tutmur. Evdən çıxmadan ödənişlərinizi tətbiq və ya sayt üzərindən də həyata keçirə bilərsiniz. Digər üstünlük isə sözügedən ödəniş terminallarının AZN valyutası ilə yanaşı, ABŞ dolları və Avro əskinaslarını qəbul edə bilməsidir.

LPO bankların fiziki şəxs olan müştəriləri identifikasiya nömrəsi (Fin kod), hüquqi şəxslər isə VÖEN-dən istifadə etməklə kredit ödənişlərini AniPay, M10, ABB və “Kapital Bank” ASC-nin mobil tətbiqləri, habelə MilliÖn onlayn ödəniş sistemi və ya terminalları vasitəsilə həyata keçirə biləcəklər. Borcalanlar AniPay, MilliÖn və M10 ödəniş sistemlərində bank xidmətlərinə daxil olub Əmanətlərin Sığortalanması Fondunu seçib ödəniş edə bilərlər. ABB-yə aid mobil tətbiqdən istifadə zamanı isə müştərilər ödənişlər bölməsini seçib, “Kredit” alt bölməsinə daxil olduqdan sonra Fondun adını seçərək ödənişi tamamlaya bilərlər. Həmçinin “Kapital Bank” ASC-nin mobil tətbiqinə daxil olduqdan sonra ödənişlər bölməsini seçib “Dövlət” alt bölməsinə daxil olub Fondu seçdikdən sonra qeyd edilən şəkildə ödənişi başa çatdırmaq olar.

Əlavə olaraq bildiririk ki, müştərilər üçün kredit ödənişlərinin əlçatanlığının təmin edilməsi məqsədilə Əmanətlərin Sığortalanması Fondu “Azərpoçt” MMC ilə də əməkdaşlığa başlamışdır. Ləğv prosesində olan bankların müştəriləri bütün ölkə ərazisində, ucqar kəndlərdə belə kredit ödənişlərini sürətli, çevik və daha asan şəkildə ödəyə biləcəklər. Qeyd edək ki, artıq LPO bankların müştəriləri Azərpoçt məntəqələrinə yaxınlaşaraq ödəniş etdikləri bankın adını və öz şəxsiyyət vəsiqələrini, fərdi identifikasiya nömrəsini (FİN) təqdim etməklə Manat, ABŞ dolları və Avro valyutalarında kredit ödənişlərini həyata keçirə bilərlər.

Məlumat üçün qeyd edək ki, ödəniş terminallarında metal puldan istifadə və pulun qalığının qaytarılması imkanı nəzərdə tutulmamışdır. Bu səbəbdən ödəniş edərkən dəqiq məbləği ödəməyiniz tövsiyə edilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://apa.az
archiveBu xəbər 14 Fevral 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri