Icma.az
close
up
RU
Ləğv prosesində olan bankların kredit ödənişlərini buradan ödəyin

Ləğv prosesində olan bankların kredit ödənişlərini buradan ödəyin

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Xidmət keyfiyyətinin artırılması istiqamətində mütəmadi yeni layihələrin təqdimatını həyata keçirən Əmanətlərin Sığortalanması Fondu xidmət çeşidliyini artırmaq və müştərilərinin rahatlığını təmin etmək üçün yeniliklər tətbiq etməyə davam edir.

“Qafqazinfo” xəbər verir ki, ləğv prosesində olan (LPO) bankların müştəriləri kredit ödənişlərini Azərbaycanda geniş ödəniş terminal şəbəkəsinə malik olan MilliÖn ödəniş sistemi və terminalları, habelə AniPay, M10, ABB və “Kapital Bank” ASC-nin mobil tətbiqi vasitəsilə artıq günün 24 saatı, həftənin 7 günü bütün ölkə ərazisində, filiallara getmədən, növbə gözləməyə vaxt itirmədən çevik şəkildə həyata keçirə biləcəklər.

Qeyd edək ki, onlayn ödəniş sistemləri və terminalları ödəniş zamanı müştəridən heç bir komissiya haqqı tutmur. Evdən çıxmadan ödənişlərinizi tətbiq və ya sayt üzərindən də həyata keçirə bilərsiniz. Digər üstünlük isə sözügedən ödəniş terminallarının AZN valyutası ilə yanaşı, ABŞ dolları və Avro əskinaslarını qəbul edə bilməsidir.

LPO bankların fiziki şəxs olan müştəriləri identifikasiya nömrəsi (Fin kod), hüquqi şəxslər isə VÖEN-dən istifadə etməklə kredit ödənişlərini “AniPay”, M10, ABB və “Kapital Bank” ASC-nin mobil tətbiqləri, habelə MilliÖn onlayn ödəniş sistemi və ya terminalları vasitəsilə həyata keçirə biləcəklər. Borcalanlar “AniPay”, “MilliÖn” və “M10” ödəniş sistemlərində bank xidmətlərinə daxil olub Əmanətlərin Sığortalanması Fondunu seçib ödəniş edə bilərlər.

ABB-yə aid mobil tətbiqdən istifadə zamanı isə müştərilər ödənişlər bölməsini seçib, “Kredit” alt bölməsinə daxil olduqdan sonra Fondun adını seçərək ödənişi tamamlaya bilərlər. Həmçinin “Kapital Bank” ASC-nin mobil tətbiqinə daxil olduqdan sonra ödənişlər bölməsini seçib “Dövlət” alt bölməsinə daxil olub Fondu seçdikdən sonra qeyd edilən şəkildə ödənişi başa çatdırmaq olar.

Əlavə olaraq bildiririk ki, müştərilər üçün kredit ödənişlərinin əlçatanlığının təmin edilməsi məqsədilə Əmanətlərin Sığortalanması Fondu “Azərpoçt” MMC ilə də əməkdaşlığa başlamışdır. Ləğv prosesində olan bankların müştəriləri bütün ölkə ərazisində, ucqar kəndlərdə belə kredit ödənişlərini sürətli, çevik və daha asan şəkildə ödəyə biləcəklər. Qeyd edək ki, artıq LPO bankların müştəriləri Azərpoçt məntəqələrinə yaxınlaşaraq ödəniş etdikləri bankın adını və öz şəxsiyyət vəsiqələrini, fərdi identifikasiya nömrəsini (FİN) təqdim etməklə Manat, ABŞ dolları və Avro valyutalarında kredit ödənişlərini həyata keçirə bilərlər.

Məlumat üçün qeyd edək ki, ödəniş terminallarında metal puldan istifadə və pulun qalığının qaytarılması imkanı nəzərdə tutulmayıb. Bu səbəbdən ödəniş edərkən dəqiq məbləği ödəməyiniz tövsiyə edilir.







Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 14 Fevral 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see593

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see319

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see310

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see310

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see302

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see281

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see279

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see277

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see266

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see263

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see247

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see247

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see245

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see240

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see237

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see229

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see228

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see227

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see205

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri