Ləkələrdən qurtulmaq çox asandır
Icma.az, News24 portalına istinadən məlumat yayır.
Günəşin zərərli təsiri, hormonal dəyişikliklər, yaşlanma və sızanaq izləri. Bütün bu amillər dəri rəng bərabərsizliyinə və ya hiperpiqmentasiyaya səbəb ola bilər.
News24.az xəbər verir ki, qatıq suyu ən yaxşısıdır, Hiperpiqmentasiya dəridə melanin istehsalının artması nəticəsində yaranan tünd ləkələrə verilən addır. Həddindən artıq günəşə məruz qalma, hormonal balanssızlıq, dəri zədələri və bəzi dərmanların istifadəsi hiperpiqmentasiyanın əsas səbəblərindəndir.
Dəri ləkələri ilə mübarizədə ən vacib addım günəşdən qorunmaqdır. Dermatoloqlar vurğulayırlar ki, ən azı SPF 30 olan günəşdən qoruyucu hər gün, hətta qışda da istifadə edilməlidir. Günəş şüaları mövcud ləkələrin qaralmasına və yenilərinin əmələ gəlməsinə səbəb ola bilər.
Tərkibində C vitamini , niasinamid, azelaik turşu və ya arbutin olan kremlər dəri tonunu bərabərləşdirməyə kömək edir. Daimi istifadəsi ilə ləkələrin görünüşünü azaldır və dərini parlaq edir.
Səma


