Icma.az
close
up
RU
Xalçadakı ləkələrdən qurtulmaq artıq çox asandır

Xalçadakı ləkələrdən qurtulmaq artıq çox asandır

Icma.az, Milli.az saytına istinadən bildirir.

Xalçaya boya və ya yağ tökülməsi kimi panika yaradan ləkələri düzgün üsulla tamamilə təmizləmək mümkündür. Təmizlik mütəxəssisi Samanta Hoces xalçadakı inadkar ləkələrlə mübarizə aparmağın addımlarını bölüşüb.

Milli.Az xəbər verir ki, mütəxəssislərə görə, ləkə xalçanın liflərinə nə qədər dərindən işləyərsə, onu çıxarmaq bir o qədər çətinləşir. Xüsusilə yağ əsaslı ləkələr liflərə güclü yapışdığı üçün dərhal müdaxilə edilməlidir. Su əsaslı ləkələr isə sürətlə yayıldığı üçün ləkənin böyüməsinin qarşısını almaq lazımdır.

Təmizlik zamanı edilən ən böyük xəta ləkəni sürtmək və ya ovalamaqdır.

Ləkə mütləq tampon hərəkətləri ilə (basıb-çəkməklə) təmizlənməlidir.

Ovalamaq ləkənin xalçanın daha dərinliyinə işləməsinə və yayılmasına səbəb olur. Bunun əvəzinə təmiz bir bez və ya kağıt dəsmalla ləkəni yuxarıya doğru çəkmək tövsiyə olunur.

Su əsaslı ləkələr necə çıxarılır?
Kağız dəsmalla ləkəni yaymadan artıq hissəni götürün.

Ləkəli bölgəyə az miqdarda su çəkin. Məqsəd daxilə işləyən ləkəni durulaşdırıb səthə çıxarmaqdır.

Bir neçə damcı qab yuyan maye və ya yüngül sabunu su ilə qarışdırıb tətbiq edin. Təmiz bezlə tampon hərəkətləri edərək ləkəni götürün.

Həddindən artıq yuyucu vasitə istifadə etməyin, bu, xalçada yeni bir təmizlik problemi yarada bilər.

Yağ əsaslı ləkələr (məsələn, boya) üçün nə etməli?
Spatula və ya plastik bir qazıyıcı ilə artıq kütləni diqqətlə götürün. Bunu edərkən xalçaya sərt basmayın, yoxsa ləkə yayılar.

Artıq hissə götürüldükdən sonra soyuq su və yüngül yuyucu qarışığından istifadə edin.

Bez və ya kağız dəsmalla ləkəni silin. Çox zəruri hallarda yumşaq fırça istifadə edilə bilər, lakin bez ən təhlükəsizidir.

Cüt (jute) və sisal kimi təbii liflərdən hazırlanmış xalçalar çox suya qarşı həssasdır və zədələnə bilər. Buna görə də, hər hansı təmizlik vasitəsini əvvəlcə xalçanın görünməyən kiçik bir hissəsində yoxlamaq mütləqdir.
Lalə Qüdrətova
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 08 May 2026 21:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri