Icma.az
close
up
RU
Lənətlənmişlərin özünün və nəsillərinin aqibəti Tel­man Oru­cov yazır

Lənətlənmişlərin özünün və nəsillərinin aqibəti Tel­man Oru­cov yazır

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

(Əvvəli ötən  şənbə sayımızda)

Fransa şahzadəsi III Henri ona elçi düşdükdə, bu vaxt ayaqlarının ağrısından əziyyət çəkən Elizabet demişdi ki, qoca axsaq qadınını gənc ərini kilsəyə aparması heç də yaxşı hal olmazdı.

I Elizabet ərə getmədiyinə görə, "Bakirə" ləqəbini qəbul etməyi üstün bildi. Lakin onun bakirəliyi heç də həqiqətə uyğun deyildi. Onun bir neçə məşuqu olsa da, onlardan birinin ona evlənmək təklifinə də razılıq verməmişdi.

İngiltərədə sığınacaq tapmaq üçün oraya qaçıb gəlmiş və dustaq edilən Şotlandiya kraliçası Mariya Styuartın kraliça Elizabetə qarşı sui-qəsddə iştirakı 1587-ci ildə aşkar edildikdə, o, mühakimə olundu və edam edildi. Onun öldürülməsi katolik dünyasının hiddətinə səbəb oldu. Onsuz da Roma papası Elizabetin öldürülməsinin kilsəyə faydalı olduğunu öz bullasında bildirmişdi.

1588-ci ildə İspaniya kralı II Filipp İngiltərəyə hücum etmək üçün öz Məğlubedilməz Armadasını göndərdi. Dəniz qulduru, admiral Fransis Dreyk və onun silahdaşları ispan donanmasına ağır zərbə vurmaqla məğlub etdilər. İrlandiya yaxınlığında Şimal dənizindəki tufan da Armadanın qalıqlarına böyük ziyan vurdu. II Filipp gileylənirdi ki, o, ingilislərlə vuruşmaq istəyirdi. Allahla vuruşmağa isə o, heç vaxt cəsarət etməzdi.

Elizabetin taxt-tacda olmasının son illəri də heç də sakit keçmirdi. İrlandiyadakı uğursuzluğa görə o, sevdiyi hərbçini özündən uzaqlaşdırmışdı. 45 ilə qədər hakimiyyətdə olduqdan sonra I Elizabet 1603-cü ildə öldü. Onun dövrü İngiltərəyə "qızıl epoxa" bəxş etdi. Bu illərdə ədəbiyyat və teatr sənəti xeyli inkişaf etdi. İngiltərə dünyaya Uilyam Şekspir kimi ədəbi düha, müqayisə olunmayan bir dramaturq bəxş etdi.

Elizabet ölərkən, İngiltərə krallığına Şotlandiya kralı VI Ceymsin gətirilməsini xəbər vermək üçün onun yanına qasidlər göndərdi. Tüdor sülaləsinin davam etməsi üçün heç kəs olmadığından, taxt-taca qohum kimi ən qanuni seçilmiş adam şotland kralı idi. Onun anası Mariya Styuartı dolayısı yolla da olsa, Elizabet edam etdirmişdi. Şotlandiyada 13 ay ərzində VI Ceyms kimi kral olan adam, I Ceyms adı altında İngiltərə kralı oldu və 1625-ci ildə o, öləndə oğlu I Karl taxt-taca yiyələndi, lakin sonrakı ikinci onillikdə onun parlamentlə müxalifəti yarandı və 1649-cu ildə o, edam edildi. Onun varislərinin hakimiyyəti də onillik fasilədən sonra baş versə də, uğurlu olmadı və 1689-cu ildəki Şanlı inqilab İngiltərədəki başıpozuqluqlara, vətəndaş qarşıdurmasına və xaosa aparan yola son qoydu.

Tüdorlar sülaləsi müharibə yolu ilə hakimiyyətə gəlmişdi. Onun ikinci nümayəndəsi VIII Henri iki arvadını edam etdirdiyinə görə monstr sayılırdı. Onun oğlu azyaşlı VI Eduardın hakimiyyətini də, dayısının idarəçiliyə müdaxiləsinə görə, uğurlu hesab etmək olmazdı. Ondan sonra beş il müddətində kraliçalıq edən Mariya Tüdor dini zəmində qəddar siyasət apardığına görə, taxt-tacı gözdən salırdı.

1558-ci ildə, 25 yaşlı qız olan I Elizabet İngiltərəyə yeni hava, yeni işıq gətirdi. Düşmən katolik dünyası ilə əhatə olunduğuna baxmayaraq,  heç vaxt onun cəsarətli hökmranlığına şübhə yaranmamışdı. 1588-ci ildə ingilis döyüşçüləri qarşısında çıxış edən kraliçanın özünün dediyi kimi, cılız bədənə malik olsa da, onun sinəsində kral ürəyi döyünürdü. XII əsrin sonunda İngiltərə kralı olan Riçard, qəbul etdiyi Şir ürəkli adı ilə tanınsa da, ondan dörd əsr sonra bu ada I Elizabet daha çox layiq idi. Riçard Səlib yürüşündən qayıdanda, Müqəddəs Roma imperiyasının ərazisində əsir düşmüş, böyük girov pulu hesabına azad olunmuşdu. I Elizabet isə daha qüdrətli düşmənlərlə əhatə olunmasına və dəfələrlə qəsdlərə məruz qalmasına baxmayaraq, uzun müddətli hakimiyyətinə fasilə verməmişdi.

XIX əsrdəki kraliça Viktoriya və XX əsrdəki II Elizabet öz məşhur sələflərinin ənənəsini davam etdirərək, müvafiq olaraq 63 il və 70 il ərzində taxt-tacda olmuşdular.

Tüdor sülaləsi hakimiyyətdə 118 il olmuş, həm VIII Henri, həm də Elizabet hərbi dəniz qüvvələrinin inkişafına ciddi fikir verməklə, İngiltərənin gələcəkdə böyük dəniz dövləti, daha sonra isə dünyanın dörddə birini əhatə edən imperiya kimi mövcudluğunun təməlini qoymuşdular.

Romanovlar sülaləsinin son nümayəndələri

Romanovlar sülaləsi 1613-cü ildə Polşa ağalığına son qoymaqla əmələ gəlmiş, üç əsr ərzində Rusiyanın ərazisini dəfələrlə genişləndirərək, onu Avropada güc sahibi olan böyük imperiyaya çevirməyi bacarmışdılar. Böyük Pyotr və onun işini uğurla davam etdirən II Yekaterina bu sahədə daha çox fərqlənmişdilər. Peterburqda Pyotrun şərəfinə qoyulmuş "Mis atlı" heykəlinin altında latın dilində " PETRO primo" və "CATHARİNA sekunda", rusca isə "Petru pervomu ot Ekaterinı vtoroy" sözləri yazdırmışdı. Rusiyanın iqtisadi və hərbi inkişafında həmin alman mənşəli qadın böyük nailiyyətlərə imza atmışdı.

Lakin XVIII əsrin sonundan XX əsrin ikinci onilliyinə qədər Rusiyanın idarə olunmasında mürəkkəb hadisələr də baş vermişdir. Əslində II Yekaterinanın hakimiyyətə gəlməsi də çar ərinin devrilməsi və öldürülməsi nəticəsində baş vermişdi. Yekaterina öz məşuqlarının köməyi ilə III Pyotru taxt-tacdan salmış və çariça kimi hakimiyyətə yiyələnmişdi.

Yekaterinanın oğlu Pavel (onun atasının qraf Saltıkov olduğu güman edilir) taxt-tacda 1796-cı ildə ölən anasını əvəz etməklə, beş il hakimiyyətdə olmuşdu. Oğlu I Aleksandrın da iştirak etdiyi sui-qəsd nəticəsində 1801-ci ildə Pavel öldürülmüş və hakimiyyətə I Aleksandr yiyələnmişdi.

I Aleksandrın ən böyük nailiyyəti beş il əvvəl, 1807-ci ildəki Tilzit görüşündən sonra dostluq etməyə başladığı Napoleon üzərində 1812-ci ildə qələbənin əldə edilməsindəki rolu idi. Moskvanı zəbt edən Napoleon ona iki dəfə sülh müqaviləsi təklif etsə də, Aleksandr onun məktublarına cavab verməmiş, Napoleonun Moskvadan və Rusiyadan biabırçı surətdə qaçmasına əslində şərait yaratmışdı. Moskvanı fransızlara təhvil verərkən, ordunun qorunub saxlanması, imperator I Aleksandrın və hərbi xadim Mixail Kutuzovun olduqca uğurlu gedişi sayılmalıdır. Napoleondan fərqli olaraq onlar daha güclü şahmatçı olduqlarını nümayiş etdirərək, qabaqcadan bir neçə uğurlu gedişi fikirləşib tapmış və bu, onlara qələbə çalmağa imkan vermişdi.

I Aleksandr 1814-cü ildə qalib ordusu ilə birgə Parisə daxil olmuş, imperator Napoleonun Elbaya sürgün edilməsinə israrla təklif edib, onun məhv edilməsinin qarşısını almışdı. I Aleksandr Napoleonun keçmiş arvadı Jozefina tərəfindən hörmətlə qəbul edilmişdi.

1825-cü ildə I Aleksandrın Taqanroqda müəmmalı ölümü Peterburqda yeni çarın müəyyən edilməsinə görə problemlərin yaranmasına səbəb oldu. Taxtı böyük oğul kimi Konstantin tutmalı olduğu halda, onun kiçik qardaşı Nikolay tutdu. Bu vaxt dekabristlər üsyanı baş verdi. Savadsız əsgərlər Konstantinin kim olduğunu bilməyib, "Yaşasın Konstitusiya" deyə qışqırırdılar. Üsyan, qan axıtmaqla yatırıldı. Üsyanın başçıları olan beş nəfər edam edildi.

Onun nəslindən olan II Nikolay da çar taxt-tacına çıxdıqda, Moskvanın Xodınskısında payladığı ianəni almaq üçün basdırıqda onlarla insan həlak oldu. Çar II Nikolay isə bu qurbanların getməsinə məhəl qoymayıb, arvadı ilə Britaniya səfirliyində təşkil edilən bala gedib, rəqs etdi.

Hər iki Nikolaylar adamların qırğınına izah olunmayan laqeydlik göstərdiklərinə görə lənətə gəldilər.

I Nikolay Osmanlı imperiyasına öz sələfləri kimi ziyan vurmaq istəyirdi, axı II Yekaterina Türkiyəyə məxsus olan böyük əraziləri müharibələr vasitəsilə tutmuş, Krım xanını məcbur etdiyinə görə, o, 1783-cü ildə guya könüllü olaraq yarımadanın Rusiya imperiyasının tabeliyinə keçməsini xahiş etmişdi. Rusiya dini zəmində Osmanlıya problemlər yaratmaq istəyəndə, Böyük Britaniya və Fransa Türkiyənin köməyinə gəldi və 1853-cü ildə başlanan Krım müharibəsi Rusiyanın ağır məğlubiyyəti ilə nəticələndi. Çar 1849-cu ildə Macarıstan üsyanı vaxtı xilas etdiyi Avsriya imperiyasının xəyanəti ilə üzləşmiş, imperator Frants İosif ona çox gözlədiyi köməkliyi göstərməmişdi. Rusiyanın təhkimçi kəndlilərdən yığılmış ordusu Avropa əsgərləri ilə müqayisədə gücsüz görünürdü. Çar I Nikolay hələ müharibə başa çatmamış, dərddən xəstələndi və 1855-ci ildə öldü.

Onu əvəz edən oğlu II Aleksandr 1861-ci ildə təhkimçiliyi ləğv etdi. Quldarlığın başqa növü hesab edilən təhkimçilik Avropada xeyli əvvəllər, məsələn, İngiltərədə bir neçə əsr əvvəl artıq qadağan olunmuşdu. Rusiya isə iqtisadi və sosial anaxronizm sayılan təhkimçiliyi XIX əsrin ortalarına qədər saxlamışdı. Təhkimçi kəndli də qul kimi torpaqla birlikdə alınıb, satılırdı. Avropa kapitalizmə qədəm qoyub, yeni formasiyanı inkişaf etdirdiyi halda, Rusiya feodalizmin ən iyrənc mirasından əl çəkə bilmirdi.

Lakin II Aleksandrın gördüyü böyük iş qiymətini almadı. 1881-ci ildə o, qətlə yetirildi. Onu əvəz edən III Aleksandr on üç il hökmranlıq etdikdən sonra, 1894-cü ildə xəstəlikdən öldü. Onun yerini olduqca iradəsizliyi ilə seçilən II Nikolay tutdu. O, siyasətdə naşı adam idi, alman arvadının güclü təsiri altına düşmüşdü. Şarlatan Qriqori Rasputin də arvadının məsləhəti ilə nəinki saraya buraxılmış, hətta dövlət işlərinə bilavasitə müdaxilə etməyə başlamışdı.

I Dünya müharibəsi vaxtı baş komandanlığı öz üzərinə götürən II Nikolayın qüsurları özünü daha açıq şəkildə göstərdi. 1917-ci ildəki Fevral inqilabı çar mütləqiyyətini ləğv etdi. Oktyabr inqilabı ilə ölkəni yeni siyasi relslər üzərinə keçirdi.

Müvəqqəti hökumətin hakimiyyəti vaxtı çarın ailəsi Sibirə sürgün edilmişdi. Kolçakın hücumu təhlükəsinə görə, bolşevik hökuməti onu Yekaterinburqa gətirdi.

1918-ci ilin 17 iyulunda II Nikolay, arvadı, dörd qızı və oğlu ilə birlikdə yaşadıqları evdə güllələndi.

Romanovlar sülaləsi 300 ildən bir az artıq, 304 il yaşadı. Onun çarları ağır cəza sistemi hesabına xalqı itaətdə saxlayırdı. Sülalədən əvvəl çar olmuş İvan Qroznı qan axıtmaqda ad çıxarmışdı. Böyük Pyotr da onun ənənəsinin davam etdirirdi və onun kimi öz oğlunun qətlinə sərəncam vermişdi.

I Dünya Müharibəsi (1914-1918-ci illər) cəbhələrində Rusiyanın canlı itkisi yüz minlərlə ölçülürdü, 1,5 milyona çatmışdı. Hərbi quruculuğa və fəaliyyətə başçılıq edən II Nikolayın səbatsızlığı Rusiyanı məğlubiyyətlər girdabından uzaqlaşmağa imkan vermirdi.

Mütləqiyyətin uzun müddət davam etməsi, xalqı ağır həyata salması və istismarı, mərhəmət hissinə məhəl qoymaması Rusiyanı lənətlər məkanına çevirməklə, hakimiyyət nümayəndələrinin cəzalandırılması hallarına gətirib çıxardı. II Nikolay və onun ailəsi özünə və sələflərinə qarşı olan lənətlərə görə qətlə yetirmələri ilə layiqli cavabını aldı.

(Ardı var)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://525.az
archiveBu xəbər 27 May 2025 05:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Naməlum obyekt Saturna çırpılır...

12 İyul 2025 21:16see199

Onlar jurnalistikaya aid olmayan tapşırıqları yerinə yetirirmişlər Mətbuat Şurası bəyanat yaydı

12 İyul 2025 13:18see185

JLonun konsert üçün tələbləri məlum olub

13 İyul 2025 08:17see125

Kəpəz yenə sponsorsuz qaldı Namiq Qədirov klubu tərk etdi, maliyyə problemi yarandı

12 İyul 2025 16:20see125

Deputat: Əbu Dabi görüşü birbaşa təmasların sülhə aparan ən real yol olduğunu göstərdi

13 İyul 2025 04:14see118

Keçmiş sevgilisini unutmaq üçün dağlara çıxan çinli...

12 İyul 2025 22:14see118

Rusiya qonşu ölkələrdə gərginlik yaratmağa çalışır

12 İyul 2025 16:44see117

“Mənim dövrümdə yaxşı pul verilirdi” Zülfüqarovun konserv açıqlamasına Məmmədyarovdan cavab

12 İyul 2025 22:07see116

41 yaşını qeyd edən Vüsalə Əlizadə bahalı hədiyyələrini nümayiş etdirdi

12 İyul 2025 15:32see116

Zaxarova Departamentin bu qərarını lağa qoydu

14 İyul 2025 03:42see115

Bir neçə gün öncə özünü güllələmişdi, müalicə üçün Türkiyəyə aparıldı

12 İyul 2025 13:57see115

Daha bir ölkədə azərbaycanlılara basqın: Kimi axtarırlar?

13 İyul 2025 01:19see115

Bələdiyyə sədrindən gözlənilməz addım FOTO

13 İyul 2025 23:42see114

Yamal 18 yaşını harada qeyd edəcək?

12 İyul 2025 16:57see114

“İstəyirəm, Polad Həşimovun Xatirə muzeyi yaradılsın”

12 İyul 2025 13:20see114

İtaliya hökuməti ABŞ ilə tarif razılaşmasına ümid edir

12 İyul 2025 23:08see113

Milli Çinə rəqib oldu

13 İyul 2025 01:24see113

KİV: Putin İranın uran zənginləşdirməsini tamamilə qadağan edən razılaşmanı dəstəkləyir

12 İyul 2025 15:46see113

Dünyada yeni dövlət yaranır

12 İyul 2025 16:28see110

Regionda marağı olan güclər Azərbaycanın mövqeyi ilə hesablaşmağa məhkumdur RƏY

12 İyul 2025 12:35see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri