Icma.az
close
up
RU
5 aydan sonra təkrarlandı, çoxu qorxuya düşdü: bizi nə gözləyir?

5 aydan sonra təkrarlandı, çoxu qorxuya düşdü: bizi nə gözləyir?

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Oktyabrın 11-də Qaradağ rayonunun Otman Bozdağ ərazisində yerləşən palçıq vulkanının püskürməsi əhali arasında narahatlıq yaradıb. Bundan sonra sosial mediada və bəzi şərhlərdə “bu, gələcək bəlanın xəbəridir” kimi fikirlər səslənməyə başlayıb.

Palçıq vulkanlarının püskürməsi doğrudanmı, təbii fəlakətlərin əlaməti və xəbərdarlığı hesab edilə bilər? Yoxsa bu, sadəcə təbiətin adi geoloji prosesidir?

Globalinfo.az-a danışan ekoloq Qorxmaz İbrahimli deyib ki, vulkanların zəlzələlərlə yaxın əlaqəsi var.

“Biz Avrasiya və Ərəbistan tektonik tavaları arasında yerləşirik. Buradakı gərginlik zamanla yığılır və boşaldıqda zəlzələ əmələ gətirir. Lakin bu, vulkan fəaliyyəti ilə bir qədər fərqli prosesdir. Məsələn, Türkiyədə vulkanların püskürməsi və ya palçıq vulkanlarının fəaliyyəti barədə məlumat var. Ümumiyyətlə, bu cür xəbərlər bəzən sadəcə əsassız qorxular yaradır”.

Ekoloq bildirib ki, palçıq vulkanlarının yanında yaşayışın olması məsləhət deyil:

“Lakin onların fəaliyyəti heç bir ciddi təhlükə yaratmır. Palçıq vulkanı püskürdükdə lava çıxmır. Buna görə də narahat olmağa əsas yoxdur. Abşeron yarımadasında zaman-zaman aktivləşən yüzlərlə palçıq vulkanı var və bu, təbii prosesdir. Sadəcə, palçıq vulkanlarına yaxın ərazilərdə yaşayış, torpaq istifadəsi və tikinti işlərində diqqətli olmaq lazımdır. Həmçinin belə vulkanlardan insanlara zərər verə biləcək zəhərli qazlar da yayılmır. Əksinə, bəzi dəri xəstəliklərinin müalicəsində faydalı təsirləri mövcuddur”.

Qeyd edək ki, Azərbaycanda bundan əvvəl 9 aprel 2025-ci ildə Lökbatan palçıq vulkanında püskürmə qeydə alınıb.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Oktyabr 2025 09:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri