Icma.az
close
up
RU
Lənətlənmişlərin özünün və nəsillərinin aqibəti Tel­man Oru­cov yazır

Lənətlənmişlərin özünün və nəsillərinin aqibəti Tel­man Oru­cov yazır

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Telman ORUCOV

(Əvvəli ötən cümə sayımızda)

Kral I Karl öz imkanlarına arxalanıb, İtaliya kiçik dövlətlərini də zəbt etmək istəyirdi. Və əslində bu məqsədinə çatmaq üçün ona mane olacaq bir qüvvə də yox idi. Bu məsələdə Fransanın ona tutarlı rəqib olması qeyri-mümkün idi, çünki qüvvələr nisbəti İspaniyanın xeyrinə fərqli idi və onun İtaliyaya ağalıq etmək istəyi həm də malik olduğu imkanlara əsaslanırdı.

I Karl üçün təhlükəli düşmən Osmanlı imperiyası idi, onu isə 1571-ci ildəki Lepanto dəniz döyüşünə qədər məğlub etmək mümkün olmamışdı. Həm də Fransanı ispan kralı özünə bərabər olan rəqib saymırdı və fürsət düşən kimi onu məhv etmək istəyirdi. Axı artıq o, özü İtaliya dövlətlərinə ağalıq etmək eşqinə düşmüşdü. Onların düşmənçiliyi 1522-ci ildə daha da gücləndi.

I Fransiskin şəxsi həyatında da bədbəxtlik baş verdi. 24 yaşlı arvadı Klaudinanı itirmişdi. 1525-ci ildə İtaliyanın Pavla şəhərindəki döyüşdə Fransiskin ordusu ispanlara məğlub oldu və Fransisk özü isə onlara əsir düşdü. Məhbəsdən qaçmaması üçün onu Madriddə hündür bir qüllədə saxlayırdılar. I Karl onun azad olunması üçün nəhəng məbləğdə qızıl pul istəyirdi. Axırda Fransisk 7 və 5 yaşlı iki oğlunu girov verməklə dustaqxanadan azad oldu. Uşaqlar 4 il İspaniyada girov kimi dustaq saxlandıqlarından, doğma dillərini də unutmuşdular. Dofin vətəninə qayıtdıqdan sonra, 18 yaşında öldü. Yeni dofinliyə keçən Henri 1533-cü ildə Katerina Mediçi ilə evləndi və atası 1547-ci ildə öləndə, II Henri adı altında taxt-taca çıxdı. Onun hökmranlığı 12 il sürdü və öləndə onu oğlu II Fransisk əvəz etdi. O, Şotlandiya kraliçası Mariya Styuartla evlənmişdi. Onun krallığı 1,5 il çəkdi və əri öləndə Mariya da vətəninə qayıtdı.

Onu kral kürsüsündə qardaşı IX Karl əvəz etdi. 1572-ci ildə anasının fəal iştirakı ilə keçirilən Müqəddəs Varfolomey gecəsindəki huqenotların qırğınından sonra kral öldü və onu Polşa kralı olan qardaşı III Henri əvəz etdi. 1589-cu ildə qəribə davranışı ilə taxt-tacı hörmətdən salan III Henri qətlə yetirildi və bununla da Valua sülaləsi sona çatdı və Burbon sülaləsinin əsası qoyuldu.

Sülalənin son üzvləri dini münaqişənin əsasını qoymuşdular, ölkədə huqenotlar təqib edilirdi. Onlar həm də xeyli bədbəxtliklərlə üzləşmişdilər, bəziləri bunu sülalənin ünvanına söylənən lənətlərin nəticəsi hesab edirdi.

1589-cu ildə kral taxt-tacına tam qanuni əsasla yeni Burbon sülaləsinin banisi IV Henri çıxdı. O, huqenot lideri olduğundan 1594-cü ilə kimi katoliklər onu paytaxt Parisə buraxmırdılar. O, dinini dəyişib, katolikliyə qayıtmaqla Parisə daxil ola bildi. 1572-ci ildə o, II Henrinin və Katerina Mediçinin qızı, üç kralın bacısı olan Marqaritaya evlənmişdi, sonra onlar boşandılar. IV Henri 1600-cü ildə Mediçilər ailəsinin digər üzvü Mariya ilə evləndi. 1610-cu ildə Parisin küçələrində karetada gedən kralı fanatik katolik xəncər zərbəsi ilə öldürdü. Sonralar onun qızı Henrietta-Mariya İngiltərənin gələcək kralı I Karla, o, Uels şahzadəsi olarkən, 1623-cü ikdə ərə getmişdi.

Valua sülaləsindən olan qohumlarının bədbəxtliyə xidmət edən lənəti onu da rahat buraxmamış, bu ləyaqətli kral da qətl hesabına həyatı tərk etmişdi.

İngiltərədəki qısa ömürlü Tüdor sülaləsinin bədbəxtlikləri

İngiltərədə XV əsrdə Yorkların və Lanlasterin (Ağ qızılgülün və Qırmızı qızılgülün) münaqişəsi davam edir, silahlı toqquşmalara səbəb olurdu. Yorklar hakimiyyətdə olanda kral IV Eduard 1483-cü ildə öldükdən sonra, taxt-tacı, onun şahzadə oğlanları olduğu halda, qardaşı III Riçard qəsb etdi. O, qardaşı oğlanlarını Tauer qəsrinə saldırdı və sonra uşaqların öldüyü bildirildi. III Riçard bu əclaflıqlarla kifayətlənməyib, ölən kralın arvadı ilə evləndi və öz qardaşı qızını da ələ almağa çalışırdı.

Riçarda qarşı güclü müxalifət də var idi və onu əsasən Lankaster ailəsi təşkil edirdi. Fransada məskunlaşmış lankasterlərin lideri 1485-ci ildə İngiltərə sahillərinə gəldi və III Riçardın ordusu ilə Bosvort döyüşü başlandı. Kral öz qüvvələrinə və qalib gələcəyinə çox inanırdı. Lakin onun vəziyyəti ağırlaşdı, özü öldürüldü və ordusu məğlub oldu. Lankasterlərin Fransadan gəlmiş lideri VII Henri adı altında kral elan edildi.

VII Henri ağıllı adam idi, ölkəni parçalayan iki nəslin düşmənçiliyinə, qızılgüllərin müharibəsinə son qoymaq üçün Yorklardan olan kral IV Eduardın qızına evlənməklə, iki düşmən ailəni qohum etməklə, aradakı nifaqlara birdəfəlik son qoydu.

VII Henrinin iki oğlu var idi, Uels şahzadəsi olan oğlu Arturu İspaniya kralı Ferdinandın və kraliçası İzabellanın qızı Katerina Araqonluya evləndirmişdi. Bir neçə aydan sonra Artur oldu. 1509-cu ildə ölən VII Henrini isə taxt-tacda ikinci oğlu, VIII Henri adı altında əvəz etdi.

VIII Henri qardaşının dul arvadına vurulmuşdu və həddi-buluğa çatana qədər gözləyib, Katerina Araqonluya evləndi. Henri sülaləni yaşatmağı, davam etdirməyi vacib vəzifə hesab edirdi, lakin arvadı ona oğul doğa bilmirdi. Doğduğu beş uşaqdan yalnız qızı Mariya salamat qalmışdı və gələcəkdə o, kraliça olacaqdı.

1527-ci ildə qadın düşkünü olan kral ona oğul doğmuş məşuqəsinin böyük bacısı, Fransadan qayıdan Anna Boleynə vuruldu. Ərli bacısından fərqli olaraq Anna (Qərbdə geniş yayılmış Anna adı, İisus Xristin nənəsi olmaqla, onun anası Mariyanın anasının adından götürülmüşdür) kralın intim istəklərinə tabe olmurdu və arvadını boşayıb, ona qanuni qaydada evlənməyi təklif edirdi. Onsuz da kral özü də Katerinadan aralanmaq istəyirdi və çox inanırdı ki, bacısı  ona bastard oğul doğduğu kimi, Anna da ona şahzadə doğacaq və sülalənin davamına möhkəm zəmin yaradacaqdır.

Lakin Katerina Araqonlunu boşamaq asan məsələ deyildi. Valideynləri ölsə də, İspaniya kralı I Karl onun yaxın qohumu idi və o, Roma papası üzərində güclü təsirə malik idi. Ona görə də papa kralın arvadını boşamasına razılıq vermədi.

Henri əlacsız qalıb, Roma kilsəsi ilə əlaqəni qırmaq yolunu tutdu, Anna Boleyn də onu buna təhrik edirdi. VIII Henri ingilis kilsəsini Roma papasının tabeliyindən çıxardı və yeni yaratdığı Anqlikan kilsəsinə, kral kimi özünün başçılıq etdiyini elan etdi. Məhkəmə Henrinin Bibliyada əsaslanan iddiasını əsas götürüb - bu, onun qardaşı arvadına evlənməsini qanundan kənar hesab edirdi - onun Katerina Araqonlunu boşaması ilə razılaşdı. Anna Boleynin 1533-cü ilin əvvəlində artıq hamilə olduğunu nəzərə alıb, kral onunla gizli surətdə evləndi və 1533-cü ilin sentyabrında Anna krala oğul deyil, Elizabet adlandırdıqları qızı doğdu.

VIII Henri çox sayda ədalətsizliklərə də yol verirdi. O, katolik monastırlarını müsadirə edib, onların var-dövlətinə sahib olmaq istəyirdi. Bu var-dövlət isə olduqca böyük idi. İlk dəfə o, yepiskoplar şurasından bir monastırın ona verilməsini xahiş etdi. Yepiskoplar krala güzəştə getmək istədikdə, yepiskop Fişer etirazını bildirib, bir pritça söylədi. O dedi ki, balta tiyəsi bir dəfə meşəyə gəlib, ondan özünə sap düzəltmək üçün kiçik odun parçası istədi. Meşə özündə milyonlarla belə odun növünə malik olduğuna görə, etiraz etməyib, balta tiyəsini razı saldı. Tiyə saplandıqdan sonra meşənin canına düşüb, onu qırmağa başladı. O qədər qırdı ki, əsl odun daşqını meydana gəldi.

Sonra o, sözünü belə yekunlaşdırdı: kral da indi bir monastır istəyir, sonra isə hamısını əlinə keçirməyə cəhd edəcəkdir. Onun peyğəmbərliyi düz çıxdı, bütün monastırlar tezliklə kralın mülkiyyətinə keçdi.

VIII Henrinin Anna Boleynə evlənməyinə görə də etiraz edən yepiskop Fişeri kral öz düşməni kimi 1535-ci ildə edam etdirdi.

Kraliça Anna Boleyn saray qaydalarına o qədər də məhəl qoymurdu, şux və müstəqil təbiətinə görə əyanların hansından xoşu gəldiyini də gizlətmirdi. Bunu isə onun freynləri (lediləri) müşahidə edib, krala çatdırırdılar. Annanın zinakarlıq etməsi barədə öz şübhələrini əsas götürüb, kral onun mühakimə olunmasını tələb etdi. Anna artıq Tauer qəsrinə salınmışdı, o, qardaşı ilə guya intsest əlaqəsi də daxil olmaqla, beş nəfərlə zinakarlıq etməkdə ittiham edildi və işgəncə altında onlardan bəzisi bunu etiraf etdikdə, kraliçanın özünün mühakiməsi vaxtı qardaşı da daxil olmaqla üçü edam edildi. Doğma dayısının sədrlik etdiyi məhkəmə Annaya qarşı ittihamları əsas götürüb, onu edam etmək hökmünü çıxardı. Anna edam olunanda xahiş etmişdi ki, onu cəllad küt balta zərbəsi ilə deyil, Fransadakı kim daha iti olan qılınc vasitəsilə boynunu vursunlar. Bu hadisə 1536-cı ildə baş verdi. Ondan bir il əvvəl Katerina Araqonlu da həyatdan getmişdi.

Henrinin Almaniyadan olan dördüncü arvadı xoşuna gəlmədiyindən onu boşamışdı. Beşinci arvadı Katerina Houard cavan və gözəl idi və Henri onu sevirdi. Lakin az sonra Katerinanın yeniyetmə vaxtı fahişəlik etdiyi aşkar oldu və Henri, öz günahlarına etiraz edən bu qızı da edam etdirdi. Henri altı dəfə evləndi, lakin axtardığı xoşbəxtliyi ölənə qədər tapa bilmədi.

Annanın anadan yetim qalmış üç yaşlı qızı Elizabetin ağır günləri başladı, fahişə adlanan anasına görə o, bastard hesab olunurdu.

İkinci arvadının edam edilməsindən az sonra Henri onun saray ledisi Ceyn Seymurla evləndi və bu qız onun üçüncü arvadı olmaqla, bir il sonra krala çox arzuladığı oğul doğdu. Lakin doğuşdan 12 gün sonra Ceyn özü öldü. Uşaq sonralar VI Eduard adı altında kral elan edilmişdi.

1547-ci ildə atası öldükdən sonra taxt-taca çıxan azyaşlı Eduard ögey bacısı Elizabetə yaxşı münasibət bəsləyirdi, lakin altı ildən sonra o öləndə ögey bacısı, Katerina Araqonlunun qızı olan Mariya kraliça olanda, Elizabet yenidən sıxışdırılmağa başlandı. Mariya onu öldürmək üçün bəhanə axtarırdı, lakin  kraliçaya qəsddə iştirakı barədə ona qarşı irəli sürülən ittiham öz təsdiqini tapmadı.

1558-ci ildə beş il hakimiyyətdə olan Mariya öləndə Elizabet kraliça elan edildi. Lakin bu məsələ də müəyyən çətinliklə həllini tapmışdı.

I Elizabet hakimiyyətdə özünü istedadlı və bacarıqlı kraliça kimi göstərdi. Təqib olunmasına baxmayaraq, o, yaxşı təhsil almışdı, beş dildə danışırdı. Poeziya da ona yad deyildi. Dini münaqişələr ölkəni parçalamaq həddinə gələndə, Elizabet cəsarətli qaydada protestantizmi müdafiə etmək mövqeyindən çıxış etdi. Bacısı, Qanlı Mariya adlanan kraliça katolikliyi yaymaq üçün protestantları edama məhkum etdirmişdi. Elizabet də katolikləri cəzalandırmaq yolunu tutdu.

Elizabet sülaləni davam etdirmək üçün ərə getməli, oğul doğmalı idi. Lakin o, İngiltərənin müstəqilliyi naminə ərə getmək fikrini rədd edirdi. Güman edirdi ki, əcnəbiyə ərə getsə, İngiltərə katolitsizmə qayıdacaq, ingilisə ərə getsə, ərinin qohumları hakimiyyətin siyasətinə müdaxilə edəcəkdir. Onun əlini xahiş edən əcnəbilər heç də az deyildi. Vaxtilə kraliça bacısının əri olmuş, İspaniya kralı II Filipp onu almaq istəyirdi, lakin Elizabet onun təklifini qəbul etməmişdi.

(Ardı var)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://525.az
archiveBu xəbər 19 May 2025 19:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan diasporunun lideri sərbəst buraxılıb (Yenilənib)

02 İyul 2025 16:19see227

Qəzzada 60 gün...

03 İyul 2025 08:15see120

A Seriyasının debütantı yeni baş məşqçi ilə anlaşdı

02 İyul 2025 21:50see118

Ersin Tatar: Türk dünyası sülh və müstəqilliyi birgə qorumalıdır

02 İyul 2025 23:22see118

Makron digər Aİ liderlərini qabaqlamağa tələsir

03 İyul 2025 07:52see118

2000 ci illərin mikro şortları yenidən modaya dönəcək...

03 İyul 2025 01:09see118

Qadınlar hansı kişiləri daha çox sevirlər: dolğun, yoxsa arıq və əzələli olanları?

04 İyul 2025 00:45see117

"Qurdlar vadisi"nin məşhur aktyoru vəfat etdi

03 İyul 2025 01:43see116

Abşeron rayonunda güclü yanğın Onlarla hektar ərazi alov içindədir (VİDEO) KONKRET

02 İyul 2025 23:48see116

Merkel Trampın əl sıxmaqdan imtina etməsi ilə bağlı qalmaqalın təfərrüatını açıqladı

04 İyul 2025 04:35see114

ABŞ 100 ə yaxın ölkəyə 10% rüsum tətbiq edəcək

04 İyul 2025 01:23see114

Mərkəzi Elmi Kitabxana 2025 ci ilin altı ayı üzrə hesabat verib

02 İyul 2025 18:28see113

Pezeşkian: Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir

04 İyul 2025 01:48see112

İzmir meriyasının keçmiş müxalifət işçiləri korrupsiya ittihamı ilə saxlanılıb

03 İyul 2025 07:40see112

İki qəsəbədə qaz təchizatı dayandırılacaq

03 İyul 2025 09:12see111

Kiyev bombalanır: Yaşayış binalarında yanğınlar, dağıntılar

04 İyul 2025 03:23see111

Bu yola yeni kamera quraşdırılıb: Belə edənləri çəkir VİDEO

03 İyul 2025 20:35see111

Almaniya Talibanla razılığa gəlmək niyyətindədir

03 İyul 2025 11:51see110

31 il ötdü...

03 İyul 2025 07:57see110

Meladzenin Yurmala konsertində qalmaqal olub

03 İyul 2025 08:23see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri