Lənkəran Türk dünyasının gənclər paytaxtı titulunu Almatıya təhvil verib
Icma.az bildirir, Azertag portalına istinadən.
Astana, 13 iyun, AZƏRTAC
Azərbaycanın Lənkəran şəhərində “Türk dünyasının gənclər paytaxtı – 2024” proqramının bağlanış mərasimi keçirilib.
AZƏRTAC Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, mərasim çərçivəsində Lənkəran bu nüfuzlu titulu Qazaxıstanın Almatı şəhərinə təhvil verib.
Tədbirdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv bütün ölkələrin gənclərdən ibarət nümayəndə heyətləri iştirak ediblər.
Proqramın son günü çərçivəsində yetkinlik yaşına çatmayanlar üçün könüllülük təlimləri və TDT-nin fəaliyyətini modelləşdirən konfrans təşkil olunub.
Xatırladaq ki, bundan əvvəl Budapeştdə keçirilən qeyri-rəsmi TDT sammitində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 2025-ci ildə Almatının Türk dünyasının gənclər paytaxtı elan olunacağını bəyan edib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana

