Lənkəranda avtomobil obyektə çırpılıb, sürücü ölüb FOTO
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə axşam saatlarında şəhərin Molla Pənah Vaqif və Mirzə Məhəmməd Axund küçələrinin kəsişməsində qeydə alınıb.
Belə ki, 1969-cu il təvəllüdlü Lənkəran şəhər sakini Vüqar Bağırov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı obyektə çırpılıb.
Sürücü hadisə yerində ölüb. İlkin məlumata görə, Vüqar Bağırov sükan arxasında ürəktutmadan həyatını itirib və bundan sonra avtomobil obyektə çırpılıb.
Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq. Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:Şabranda avtomobil ağaca çırpılıb, sürücü ölüb FOTO
06 Oktyabr 2025 15:31
Avtomobil ağaca çırpılıb, sürücü ölüb
25 Fevral 2026 20:21
Lənkəranda avtomobil ağaca çırpılıb, ölən var.
16 Aprel 2026 00:06
Xaçmazda avtomobil ağaca çırpılıb, sürücü ölüb
19 Avqust 2025 09:33
Biləsuvarda avtomobil maneəyə çırpılıb, sürücü ölüb
21 Sentyabr 2025 13:47
Baxış sayı:176
Bu xəbər 24 May 2026 20:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















