Lənkəranda balıqçıya aid konteyner yanıb kül oldu VİDEO
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
Lənkəranda balıqçılıq təsərrüfatında istifadə olunan konteynerdə yanğın hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Aşağı Nüvədi kəndində qeydə alınıb.
Kənd sakini Səxavət Həsənovun istifadəsində olan, balıq məhsulları, torlar və müxtəlif balıqçılıq avadanlıqlarının saxlanıldığı konteynerdə naməlum səbəbdən yanğın başlayıb. Alov qısa zamanda bütün konteyneri bürüyərək içəridəki əşyaları məhv edib.
Əraziyə dərhal yanğınsöndürən briqadalar və xüsusi texnika göndərilib. Yanğın nəzarət altına alınaraq söndürülüb, alovun yaxınlıqdakı ərazilərə keçməsinin qarşısı alınıb.
Hadisə nəticəsində konteynerdə olan balıqçılıq ləvazimatları tamamilə yanaraq yararsız vəziyyətə düşüb. İlkin qiymətləndirməyə görə, sahibinə 10 min manatdan artıq maddi ziyan dəyib.
Yanğının başvermə səbəbi araşdırılır.
Bizim.Media
Baxış sayı:176
Bu xəbər 30 İyun 2026 20:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















