Lənkəranda ev yanaraq külə döndü
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Lənkəran rayonunun Şıxəkəran kəndində fərdi yaşayış evi yanıb.
Axar.az xəbər verir ki, hadisə 1958-ci il təvəllüdlü Rəsmiyə Yədulla qızı Əliyevaya məxsus evdə qeydə alınıb.
Ümumi sahəsi 120 kvadratmetr olan, bir mərtəbəli və üç otaq, iki mətbəx, dəhliz və kürsüdən ibarət yaşayış evinin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub. Yanğının kənar tikililərə keçməsinin qarşısı alınıb.
Hadisə zamanı ailə üzvlərindən xəsarət alan olmayıb. Yanğının başvermə səbəbi aparılır.
Bu mövzuda digər xəbərlər:Balakəndə ev yanaraq külə döndü
08 Fevral 2025 09:17
Cəlilabadda ev yanaraq külə DÖNDÜ
29 Yanvar 2025 19:26
Gecə saatlarında Lənkəranda ev külə döndü Xəsarət alanlar var
06 Mart 2025 07:52
Abşeronda beşotaqlı ev yanaraq külə döndü
23 Avqust 2025 15:08
İsmayıllıda iki ev yanaraq külə döndü
14 Yanvar 2025 00:56
Baxış sayı:93
Bu xəbər 26 Noyabr 2026 12:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















