Lənkəranda iki nəfərin 42 min manatını ələ keçirməkdə təqsirləndirilən şəxs həbs edilib
Operativ MM saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Polis əməkdaşları Lənkəranda iki nəfərin 42 min manatını ələ keçirməkdə şübhəli bilinən şəxsi saxlayıb.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon sakini olan iki nəfərə qarşı dələduzluq edən 31 yaşlı Emin Babazadə saxlanılıb:
"O, zərərçəkənlərə qızıl-zinət əşyalarının satışı ilə məşğul olduğunu bildirib. Həmin şəxslərə yüksək məbləğlər verəcəyi barədə yalan vədlər verməklə zərərçəkənlərin ümumilikdə 42 min manatını ələ keçirib. Faktlarla bağlı cinayət işi başlanılıb, E.Babazadə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 04 Noyabr 2024 18:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















