Icma.az
close
up
RU
Lənkəranda qadın ərinin zorakılığı ilə üzləşdi: “Məni dəmir maşa ilə döydü”

Lənkəranda qadın ərinin zorakılığı ilə üzləşdi: “Məni dəmir maşa ilə döydü”

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Lənkəranda 50 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə rayonunun kəndlərindən birində bu ilin fevralın 1-də baş verib. 1975-ci il təvəllüdlü Əlvan yaşadığı evin qonaq otağında həyat yoldaşı Əntiqə ilə şəxsi münasibətlərindən irəli gələn səbəblərdən baş vermiş mübahisə zamanı onu yumruqla və təpiklə bir neçə dəfə zərbə vurub. 
Hadisəni törədən Əlvanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxs onun ikinci həyat yoldaşıdır: “Əvvəlki həyat yoldaşım ilə birgə nikahdan olan oğlu bizə gəldikdə Əntiqə onunla mübahisə yaradır. Fevralın 1-də evdə olarkən həyat yoldaşım mənimlə mübahisə yaratdı. Mən isə stulda oturaraq onun bu hərəkətlərini müşahidə etdim. Həmin vaxt Əntiqə əlləri ilə öz üzünə zərbələrə vurdu,  üzünə cırmaq atdı. Mən isə ümumiyyətlə mübahisə dövründə yerimdən qalxmadım. Əntiqəyə heç bir zərbə endirmədim”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə vaxtı həmin otaqda yalnız Əntiqə ilə ikisi olub və heç bir kənar şəxs orada olmayıb: “Mənim bu işdə heç bir təqsirim yoxdur. Əvvəllər də Əntiqə ilə aramızda baş vermiş mübahisə zamanı ona bir zərbə vurduğuma görə barəmdə iş açılıb. Lakin Əntiqə məni bağışladığına görə barəmdə olan həmin işin icraatına xitam verilib. Hazırda Əntiqə mənimlə barışmayıb”. 
Məhkəmədə elan olunan təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsindən məlum olub ki, o, verilən ittihamı qəbul edib və özünü təqsirli bilib. Həmin ifadəsində göstərib ki, Əntiqə ilə 2013-cü ildə ailə həyatı qurub: “Əvvəllər aramızdakı münasibətlər yaxşı olub. Bır neçə ay müddətdir ki, ailə münasibətlərimiz zəminində aramızda mübahisələr baş verib. Hadisə günü, saat 10 radələrində yaşadığımız evdə şəxsi münasibətlərdən irəli gələn səbəblərə görə aramızda yenidən mübahisə baş verdi. Mübahisə zamanı Əntiqə mənə cavab qaytardığına görə onun bədəninin müxtəlif nahiyələrinə yumruqla və təpiklə bir neçə dəfə zərbə vuraraq ona xəsarət yetirdim. Aramızdakı mübahisə təxminən 5-6 dəqiqə ərzində davam etdi”. 
İş üzrə zərərçəkmiş Əntiqənin sözlərinə görə, Lənkəran rayonunun kəndində həyat yoldaşı Əlvan ilə birlikdə yaşayır: “Onunla birgə nikahdan iki azyaşlı uşağımız var. Hadisə günü, saat 10 radələrində yaşadığım evdə aramızda baş vermiş ailə münaqişəsi zamanı təqsirləndirilən şəxs yumruq və təpiklə bir neçə dəfə  zərbə vuraraq mənə xəsarət yetirdi. Mübahisə zamanı ərim məni həmçinin dəmir maşa ilə də vurdu”. 
Zərərçəkmiş qeyd edib ki, hadisə zamanı özünə heç bir xəsarət yetirməyib: “Ərimin dedikləri tamamilə yalandır. Əlvanın guya özümə xəsarət yetirməm barədə bildirdikləri düzgün deyil və məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Əlvan dəfələrlə azyaşlı uşaqlarının yanın məni döyüb, söyüb, təhqir edib. Ərim bizə dəfələrlə döyüb. Hətta azyaşlı uşaqlarım onun bu hərəkətlərindən psixoloji travma, stres keçiriblər və onları hazırda bununla əlaqədar müalicə etdirəm. Uşaqlar hələ də bu stresin təsirindən çıxa bilmirlər. O, həbsdən azad ediləcəyi təqdirdə onun tərəfindən özümün və iki azyaşlı uşağımın həyatı üçün olduqca böyük bir təhlükə olacaqdır. Əvvəllər də Əlvan məni döydüyü üçün onun barəsində polisdə iş açılıb, sonradan məhkəmə baxışında onu bağışladığım üçün işin icraatına xitam verilib. Təqsirləndirilən şəxslə barışmamışam, ümumiyyətlə onunla barışmaq fikrim də yoxdur”. 
Bu cinayət işinə Lənkəran Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunub. O, ilk dəfə 2015-ci ildə Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə təqsirli bilinib və 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. 
O, növbəti dəfə 2022-ci ildə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə mühakimə edilib. Həmin dövrdə arvadını döyən təqsirləndirilən şəxs onunla barışıq əldə edib və bu səbəbdən onun barəsində olan cinayət təqibinə xitam verilib. 
Fariz Məlikli
Demokrat.az

 
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Sentyabr 2025 22:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see288

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see267

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see196

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see192

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see184

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see155

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see155

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see154

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see150

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see149

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see147

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see145

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see139

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see139

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see137

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see136

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri