Icma.az
close
up
RU
Eks ərinin CeyLoya cavabı: Utanmalısan, məni aldatdın

Eks ərinin CeyLoya cavabı: Utanmalısan, məni aldatdın

Icma.az bildirir, Axsham.az portalına istinadən.

Xəbər verdiyimiz kimi, məşhur müğənni Cennifer Lopez son müsahibəsində "Kişilər mənə evlər, üzüklər verdilər, amma sevməyə qadir deyillər" deyə, bildirib.

Axşam.az-ın məlumatına görə, ifaçıya keçmiş həyat yoldaşı Ojani Noanın cavabı gecikməyib. O, Lopezi xəyanətdə ittiham edib:

"Problem biz yox, sənsən. Çox sevildin. Yaxşı münasibətlərin olub. Məsələn, mənimlə. Səni dəstəklədim, qorudum və qayğına qaldım. Dürüst idim, heç vaxt yalan danışmadım, nalayiq davranmadım, səni aldatmadım. Sənin üçün çox yaxşı idim. Sən şöhrəti və sərvəti, yalan danışıb məni aldatmağı seçdin. Hətta evliliyimizi xilas etməyə çalışdım.

Səni ən çox narahat edən neqativ mətbuatın qarşısını almaq üçün özün mənə yalvarırdın ki, evliliyi xilas edim. Daha dayanıb davamlı yalanlara dözə bilmədim. Ona görə də səndən ayrıldım. Bircə dəfə həqiqəti de. İnsanlar bilsinlər ki, problem sənsən. Sən utanmalısan, nəinki keçmiş münasibətdə olduğun şəxslər. 4 dəfə ailə qurdun, amma aldatdın. Qurbanmış kimi özünü aparma".

Qeyd edək ki, Cennifer Lopez dörd dəfə ailə qurub. O, 1997-1998-ci illərdə kubalı Ojani Noayla, 2001-2002-ci illərdə rəqqas Kris Cuddla evli olub. İkinci boşanmasından sonra müğənni aktyor Ben Affleklə sevgili olub. 2002-ci ildə nişanlanan cütlüyü media "Bennifer" adlandırırdı. 2003-cü ilin sentyabrında toylarından bir gün əvvəl isə mərasimi təxirə salıblar. 2004-cü ildə dostu, müğənni Mark Entoni ilə sevgili olan Cey Lo həmin ilin iyununda ailə qurub. Əkiz uşaqları olan cütlük 2012-də boşanıb. CeyLo eks-həyat yoldaşı Ben Affleklə bu ilin yanvarında boşanıb. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:271
embedMənbə:https://axsam.az
archiveBu xəbər 20 Oktyabr 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri