Icma.az
close
up
RU
Lənkəranda qandonduran HADİSƏ Ana isti qaşıqla 3 yaşlı qızının qolunu DAĞLADI VİDEO

Lənkəranda qandonduran HADİSƏ Ana isti qaşıqla 3 yaşlı qızının qolunu DAĞLADI VİDEO

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Lənkəranda ana 3 ildir azyaşlı qızına fiziki və psixoloji zorakılıq edir. Söhbət Əmanətlərin Sığortalanması Fondunun Lənkəran filialında kredit mütəxəssisi vəzifəsində çalışan 35 yaşlı Rzayeva Gülnar Tofiq qızından gedir. Gülnar Rzayeva keçmiş həyat yoldaşı ilə görüşmək istəyən 2019-cu il təvəllüdlü azyaşlı qızına qarşı dəfələrlə fiziki şiddət göstərir, ona qarşı zorakı davranışlar sərgiləyir.
Qoluna isti qaşıqla dağ basır...

Bununla bağlı Bizim.Media-ya Gülnar Rzayevanın keçmiş həyat yoldaşı Vüqar Süleyman müraciət edib. Dediyinə görə qadın azyaşlı qızının qoluna isti qaşıq basıb və müxtəlif əşyalarla uşağa dəfələrlə xəsarətlər yetirib. Səbəb isə uşağın atasını istəməsi və onunla görüşməsinə mane olmasıdır. Halbuki cütlük boşanandan sonra məhkəmə qərarı ilə atanın övladları ilə görüşmək hüququ yaranıb. Amma Gülnar Rzayeva əvvəllər uşağı atası ilə görüşdürməyib.
Bununla bağlı 500 manat məbləğində inzibati məsuliyyətə cəlb edilib.
Ondan sonra qadına 306-cı maddə ilə cinayət məsuliyyəti daşıyacağı xəbərdarlığı olunub.
Qadın qorxusundan uşağı atası ilə görüşdürməyə məcbur olub.Amma bununla belə azyaşlı qıza zor və işgəncə tətbiq edib ki, könüllü olaraq atası ilə görüşməkdən imtina etsin. 

Vüqar Süleyman davamlı işgəncə görən və psixologiyaları pozulan övladlarının Gülnar Rzayevanın yanında qalmasını istəmir. Hərçənd ki, bununla bağlı aidiyyəti qurumlar qarşısında dəfələrlə iddia qaldırıb. Amma müraciətlərinə müsbət reaksiya verilmir:   
“Ailəmiz yürümədi və boşandıq. İki qızım var. 6 yaşlı böyük qızıma məni istəməməsi və görüşməməsi üçün illərdir fiziki və psixoloji şiddət göstərir. Hər dəfə qızımla görüşəndə bədənində xəsarət və qançır izləri görürəm. Əvvəllər uşaq anası tərəfindən fiziki şiddətə məruz qaldığını açıq şəkildə dilə gətirirdi. Hətta isti qaşıqla yandırıldığını və oxlovla döyüldüyünü öz dili ilə deyib. Son vaxtlar uşağı o qədər qorxudub və bizə qarşı yönəldib ki, anası tərəfindən döyüldüyünü dilə gətirmir. Çünki doğruları desə, yenə fiziki şiddətə məruz qalacaq. Psixologiyası pozulan uşağın hərəkətləri də qəribə və aqressiv olub”.
Şikayətçinin sözlərinə görə ilk dəfə 2022-ci ilin iyulunda qızının qolunda yanıq izləri görüb. Məlum olub ki, isti qaşığı 5 yerdən uşağın qoluna basıb və I dərəcəli termiki yanıq yetirib:
“Bundan başqa, müxtəlif vaxtlarda – 2023 və 2024-cü illərdə dəfələrlə taxta əşya ilə döyərək sifətinə və yanaq nahiyəsinə xəsarətlər yetirib. İndiyədək azyaşlı qızıma əziyyət verir. Digər kiçik qızıma da ehtimal ki, eyni davranışı sərgiləyir. Hər iki övladımın psixoloji durumu korlanıb. Bu azmış kimi uşaqları nəzarətsiz buraxır. Bu yaxınlarda kiçik qızımı avtomobil vurub, amma qadın bizi aldadaraq evdə yıxıldığını deyib. Kiçik qızımın ayağının biri qırılıb, yeriyə bilmir, gipsdədir və uzun müddət müalicəyə ehtiyacı var”.
Dövlət qurumları azyaşlıya qarşı zorakılığı niyə görməzdən gəlir?
Vüqar Süleyman keçmiş həyat yoldaşının azyaşlı övladına qarşı zorakı davranışları ilə bağlı Lənkəran rayon polis Şöbəsinə, Lənkəran Şəhər İcra Hakimiyyətinə, rayon prokurorluğuna, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinə, İnsan Hüquqları Müvəkkilinə (Ombudsman) müraciətlər edib.
Ötən il başladılan araşdırmadan 8 ay sonra Gülnar Rzayeva azyaşlı övladına qarşı zorakı davranışları ilə bağlı təqsirli bilinərək, barəsində cinayət işi açılıb. Lakin 9 gün sonra eyni müstəntiq öz qərarını heçə sayaraq işə xitam verib.
Baxmayaraq ki, Lənkəran Məhkəmə-Tibbi Ekspertiza Mərkəzinin rəyində uşağın qoluna isti metalla (qaşıq) dağ çəkilməsi inkar olunmur.
Vüqar Süleyman deyib ki, ilk dəfə 2022-ci ilin iyul ayında qızına qarşı anası tərəfindən zorakılıq tətbiq edildiyi iddiaları üzrə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İstintaq bölməsində (ŞRPŞ) araşdırma aparılıb. İki il aparılan araşdırmadan sonra Lənkəran prokurorluğunun 5 sentyabr 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanmasından imtina edilib. Lənkəran prokurorluğu həmin materialı nəzarət qaydasında yenidən araşdıraraq, qəbul olunmuş qərarın əsassız olduğunu müəyyən edib. 16 sentyabr 2024-cü il tarixli qərarla isə onu ləğv edərək, yenidən və hərtərəfli araşdırılması üçün işi Lənkəran ŞRPŞ-nin istintaq bölməsinə qaytarıb.
Çarəsiz ata yenə ümidsizdir...
Azyaşlı uşağa qarşı isə ana tərəfindən kobud davranış və fiziki şiddət davam edib. Çarəsiz qalan Vüqar Süleyman həyatları təhlükədə olan övladlarını qorumaq üçün yenidən sözügedən instansiyalara üz tutub.  

Ən son, yəni 2025-ci il iyulun 1-də Lənkəran Şəhər Polis Şöbəsinin müstəntiqi Əliağa Hüseynovun imzaladığı istintaq qərarına əsasən, Gülnar Rzayeva Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2-4-cü (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə qarşı əzabvermə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. Qərar üzrə növbəti dəfə istintaq hərəkətlərinə başlanılıb.
Vüqar Süleyman bu dəfə də ümidsiz olduğunu dilə gətirib. O, deyib ki, illərdir şiddətlə bağlı fakt, sübut və ekspertiza rəylərini  aidiyyəti qurumlara təqdim etsə də, fayda vermir:
“Yəqin ki, Lənkəran prokurorluğu bu dəfə də cinayət hadisəsi olmadığını deyib, işə xitam verəcək. Bu qadını hansısa əl qoruyur, amma niyə, onu anlamıram. Doğma övladına işgəncə verən qadın bu qədər faktların olduğu işin içindən necə çıxır? Barəsində cinayət işi açılan qadına necə və niyə xitam verilir? Həyatları təhlükədə olan bu uşaqları heçmi düşünən yoxdur?
Ötən dəfə Tovuzda ata azyaşlı övladını vəhşicəsinə döyüb komaya salmışdı. O ata məsuliyyətə cəlb olundu. Uşaqlar anadan alınıb dövlətə verildi. Axı mənim məsələm də buna bənzər hadisədir. Gərək ölüm olsun ki, hərəkətə keçsinlər? Uşaqlar vaxt itirilmədən o anadan alınmalıdır. 3 ildir gözüm görə-görə qızlarıma əzab verir və bu dözülməzdir”, - deyə ata fəryad edib.
Qadın illərdir hüquqi məsuliyyətdən yayınır...

Qeyd edək ki, ortada foto, video sübutlar, eləcə də ekspertiza rəyi ilə təsdiqlənmiş fiziki zorakılıq halları olduğu, eyni zamanda qadın təqsirləndirilən şəxs kimi tanındığı halda işə təkrar-təkrar niyə xitam verilir? Sanki uşaq deyil, qadın qorunur.
Sual olunur:
Əgər uşağın himayəsində olduğu şəxs anadırsa, uşaq onun nəzarəti altındadırsa və ana bunu etməyibsə, işi araşdıran qurumlar alternativ versiyanı niyə ortaya qoymurlar? Kim edib? Nə zaman edib? Necə olub ki, ana bunu görməyib və o, niyə bu haqda məlumat verməyib?
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, vətəndaş Vüqar Süleymanın sözügedən məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciəti əsasında 4 dekabr 2024-cü il tarixində cinayət işi başlanılaraq istintaqı aparılıb. Lakin Gülnar Süleymanın təqsirliliyi sübuta yetmədiyinə görə 9 sentyabr 2025-ci il tarixində cinayət işinin icraatına xitam verilib.

Lənkəran Şəhər İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Təbriz Həsənzadə məsələdən xəbərdar olduqlarını və açıqlama verəcəklərini desə də, sonradan geri dönüş olmayıb. Öz növbəsində icra hakimiyyətinin heç bir şəhər telefonu dəfələrlə etdiyimiz zənglərə cavab verməyib. 
Ayrıca məsələ ilə bağlı Baş Prokurorluğa da sorğu göndərilib.
Adıçəkilən qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Mövzunu diqqətdə saxlayacağıq.

Alçina Amilqızı, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 Sentyabr 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see288

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see235

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see224

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see202

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see192

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see183

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see178

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see172

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see169

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see165

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see164

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see162

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see145

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see143

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see142

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see141

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see140

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see137

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see134

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri