Lənkəranda Region gənclərinin və idmançılarının həmrəylik forumu keçirilib AZƏRTAC
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Lənkəran, 24 dekabr, İlkin Adıyev, AZƏRTAC
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən “Region gənclərinin və idmançılarının həmrəylik forumu” adlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Lənkəranın 2024-cü ildə ölkənin Gənclər Paytaxtı və Türk Dünyasının Gənclər Paytaxtı statusları, eləcə də “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat təqdim edilib. Forum çərçivəsində beynəlxalq, Avropa və dünya miqyaslı yarışlarda yüksək nailiyyətlər əldə edən idmançılar xüsusi mükafatlarla təltif olunublar.
Çıxış edənlər belə tədbirlərin gənclər və idmançılar arasında həmrəylik ruhunun gücləndirilməsi, onların uğurlarının tanınması baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
İlin yekunlarına həsr olunan tədbirdə regionun müxtəlif idarə, müəssisə və təşkilatlarının, ictimai birliklərin və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də ölkənin müxtəlif bölgələrindən gələn gənclər iştirak ediblər. Tədbir zamanı, həmçinin gənclərlə iş sahəsində fərqlənən şəxslər, dövlət qurumları ilə səmərəli əməkdaşlıq edən nümayəndələr və idmançılar müxtəlif nominasiyalar üzrə mükafatlandırılıblar.
Forum konsert proqramı və gənclərin birgə ifa etdiyi Həmrəylik Himni ilə yekunlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 24 Dekabr 2024 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















