Lənkəranda “Region gənclərinin və idmançılarının II həmrəylik forumu” keçirilib FOTOLAR
Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dekabrın 24-də Lənkəran şəhər Mədəniyyət Mərkəzində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə “Region gənclərinin və idmançılarının II həmrəylik forumu” keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, Milli Məclisin deputatı Fariz İsmayılzadə, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin (LARGİİ) rəisi Teymur Babazadə, region üzrə gənclər, idmançılar, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Dövlət Himninin səslənməsi və şəhidlərin xatirəsnin 1 dəqiqəlik sükutla yad olunması ilə forumun rəsmi hissəsi başlayıb.
Daha sonra Gənclər və İdman Nazirliyinin cənab Prezident İlham Əliyevin doğum gününə həs olunmuş videoçarx nümayiş etdirilib.
Giriş sözü ilə çıxış edən Lənkəran ŞİH başçısı Taleh Qaraşov tədbirin əlamətdar gündə - dövlət başçısı cənab İlham Əliyevin doğum gününə təsadüf etdiyini bildirib və bütün lənkəranlılar adından cənab Prezidentə möhkəm can sağlığı, şərəfli və çətin fəaliyyətində uğurlar arzulayıb.
İcra başçısı qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün azərbaycanlıları milli kimlik, ortaq dəyərlər, vətən sevgisi və birlik ideyası ətrafında birləşdirir. Onun sözlərinə görə, bütün dünya məhz 44 günlük Vətən müharibəsində bu birliyin əyani nümunəsinin şahidi olub.
Taleh Qaraşov qeyd edib ki, bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur və cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilən bu siyasətin nəticəsidir ki, Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.
Azərbaycan gəncliyinin tarixin bütün dövrlərində cəmiyyətin həyatında mühüm rol oynadığını, xalqımızın əldə etdiyi uğurlarda gənclərin böyük əməyinin olduğunu vurğulayan ŞİH başçısı Lənkəran rayonunda da gənclərin və idmançıların öz bilik və bacarıqlarını, potensialını effektli reallaşdırılması, cəmiyyətdə layiqli yer tutması istiqamətində ardıcıl işlər görüldüyünü bildirdi: ”Lənkəran rayonu uzun illərdir ki, ölkəmizin idman həyatında da fəal iştirak edir və müxtəlif idman növləri üzrə yüksək nəticələr göstərən idmançılar yetişdirir. Rayonumuzun idmançıları respublika çempionatlarında, beynəlxalq turnirlərdə və rəsmi yarışlarda uğurla çıxış edərək ölkəmizi layiqincə təmsil edir, dövlət bayrağımızın ucaldılmasına öz töhfələrini verirlər”.
Daha sonra Milli Məclisin deputatı Fariz İsmayılzadə və LARGİİ rəisi Teymur Babazadə çıxış ediblər. Bildirilib ki, region gəncləri və idmançılar dövlət başçısı tərəfindən onlara göstərilən xüsusi diqqət və qayğını yüksək dəyərləndirirlər, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələri və onun məsuliyyətini dərk edir, bu vəzifələrin uğurla həyata keçirilməsinfə, ölkəmizin dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesində hər zaman ön sıralarda olmağa çalışırlar.
Sonda Lənkəran rayonun və eləcə də regionun ictimai-siyasi və idman həyatında fərqlənən gənclərə və idmançılara fəxri fərmanlar təqdim olunub, daha sonra tədbirin bədii hissəsi keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:21
Bu xəbər 24 Dekabr 2025 16:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















