Lənkəranda toya gedənlər qəzaya düşüb, bir ailənin 5 üzvü xəsarət alıb FOTO
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Lənkəranda toya gedənlər qəzaya düşüb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Lənkəranda 5 nəfərin xəsarət alması ilə nəticələnən qəza Ələt-Astara magistralının 165-ci km-də qeydə alınıb.
1976-cı il təvəllüdlü Fəxrəddin Mirzəyevin idarə etdiyi "Toyota Prado" markalı avtomobil Astara istiqamətində hərəkətdə olarkən aşıb. Qəza nəticəsində sürücünün ailə üzvləri və yaxın qohumları 1980-cı il təvəllüdlü Yeganə Alişanova, 2003-cü il təvəllüdlü Afət Mirzəyeva, 2005-ci il təvəllüdlü Fəxriyyə Mirzəyeva, 1966-cı il təvəllüdlü Tahirə Alişanova və 2012-ci il təvəllüdlü A.Məmmədov xəsarət alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.
Ailə Lerik rayonuna toy məclisinə gedirmiş.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 19 İyun 2025 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















