Lənkəranda maşın aşdı: toya gedən ailənin 5 üzvü...
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Lənkəran rayonunda avtomobil aşıb, 5 nəfər xəsarət alıb.
Axar.az Report-a istinadla xəbər verir ki, hadisə Ələt-Astara magistralının 165-ci km-də baş verib.
Belə ki, 1976-cı il təvəllüdlü Fəxrəddin Şəmsəli oğlu Mirzəyev idarə etdiyi "Toyota Prado" markalı avtomobillə Astara rayonu istiqamətində hərəkətdə olarkən maşın aşıb.
Qəza nəticəsində sürücünün ailə üzvləri və yaxın qohumları - 1980-cı il təvəllüdlü Yeganə Vəlihəd qızı Alişanova ( həyat yoldaşı), 2003-cü il təvəllüdlü Afət Fəxrəddin qızı Mirzəyeva( qızı), 2005-ci il təvəllüdlü Fəxriyyə Fəxrəddin qızı Mirzəyeva (qızı), 1966-cı il təvəllüdlü Tahirə Vəlihəd qızı Alişanova (baldızı) və 2012-ci il təvəllüdlü A.Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasınına çatdırılıblar.
Xəsarət alanlardan Yeganə Alişanova cərrahiyyə şöbəsinə yerləşdirilib. Digərlərinin müalicəsi xəstəxanada davam etdirilir.
Məlumata görə, sürücü bildirib ki, ailə ilə Lerik rayonuna toy məclisinə gedirmişlər. Qəzaya sürücünün yuxulaması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:185
Bu xəbər 19 İyun 2025 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















