“Leobank” 80 manat komissiya tutdu, əməliyyat uğursuz oldu
Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Sosial şəbəkələrdə "Leobank" rəqəmsal bankının göstərdiyi xidmət və mobil tətbiqdəki yanlış məlumatlandırma ilə bağlı növbəti şikayət işıqlandırılıb.
“Yeni Sabah” xəbər verir ki, Orxan Şəfizadə adlı müştəri bankın tətbiqindəki xəta və müştəri xidmətlərinin laqeydliyi ucbatından maddi ziyana düşüb.
Şikayətçinin sözlərinə görə, "Leobank"ın tətbiqindəki "Hissə-hissə ödəniş" bölməsində istənilən ödənişi və ya kartdan karta köçürməni bölmənin mümkün olduğu qeyd edilib. Lakin bu şərtə inanaraq əməliyyat edən müştəri ciddi problemlə üzləşib: Pepperoni pizza
"İlk olaraq "m10" vasitəsilə 4000 manatlıq ödəniş etdim, 80 manat komissiya tutuldu, lakin əməliyyatı bölmək mümkün olmadı. Banka zəng etdikdə müxtəlif bəhanələr gətirərək yalnız kartdan karta əməliyyat zamanı hissələrə bölmənin mümkün olduğunu bildirdilər. Məbləği balansa qaytarıb tətbiqdə göstərildiyi kimi kartdan karta köçürmə etdim. Kredit balansı olduğu üçün daha 80 manat komissiya tutuldu, lakin "parçala" xidməti yenə də aktiv olmadı. Hüquqlarım pozulub və 160 manat maddi ziyan dəyib".
Müştəri "Leobank"ın tətbiqindəki yanlışlıq və operatorların qeyri-peşəkar davranışı ucbatından dəymiş 160 manatlıq zərərin dərhal kompensasiya olunmasını və pulun geri qaytarılmasını tələb edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:218
Bu xəbər 01 Oktyabr 2026 13:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















