Icma.az
close
up
RU
Leonid Slutski: Kimsə Ermənistanın silahlanacağına və Qarabağı geri alacağına ümid edirsə, bunu gözləməsin

Leonid Slutski: Kimsə Ermənistanın silahlanacağına və Qarabağı geri alacağına ümid edirsə, bunu gözləməsin

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Moskva, 19 aprel, AZƏRTAC

Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri, LDPR lideri Leonid Slutski AZƏRTAC -a müsahibəsində Rusiya-Azərbaycan münasibətlərinin vəziyyətindən danışıb, Azərbaycan ilə Ermənistan arasında sülh yolu ilə nizamlanma barədə fikirlərini açıqlayıb, O, eyni zamanda, Qarabağın müharibədən sonrakı bərpasında Azərbaycan rəhbərliyinin xidmətlərini qeyd edib, Bakının İkinci Dünya müharibəsinin veteranları ilə bağlı humanitar siyasətini dəyərləndirib.

- Rusiya-Azərbaycan münasibətlərinin xüsusilə də 9 May - Qələbə bayramı ərəfəsində hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

- Rusiya-Azərbaycan münasibətlərinə heç nə ilə xələl gətirmək mümkün deyil. Biz tarixi, coğrafi, mədəni baxımdan bir yerdə olmağa məhkumuq. Biz bəşər tarixinin ən qanlı müharibəsini birlikdə keçmişik və mayın 9-da böyük Qələbəni birlikdə qeyd edəcəyik.

Ümid edirəm ki, Azərbaycan Prezidenti, qardaşım İlham Heydər oğlu Əliyev həmin gün Moskvada, Qələbə paradında bizimlə olacaq. 80 il çox mürəkkəb bir tarixdir. Sonuncu veteranlar dünyasını dəyişir. Biz onları hələ çox gənc, mənim indiki yaşımdan cavan insanlar kimi xatırlayırıq. Əlbəttə ki, faşizm üzərində birgə Qələbəmiz naminə vuruşmuş, zəhmət çəkmiş, canlarından keçmiş azərbaycanlıları da unuda bilmərik. Bu gün ölkələrimizi və xalqlarımızı birləşdirən çoxlu mühüm infrastruktur layihələri var.

Azərbaycan xalqının dahi oğlu, müasir Azərbaycanın qurucusu Heydər Əlirza oğlu Əliyevi həmişə xatırlamalıyıq və biz onu hər zaman xatırlayacağıq. Heydər Əliyev bu gün də əhəmiyyətli olan Baykal-Amur magistralının inşasına, sənaye və yüksək texnologiyalar sahələrində bir çox proqramlara, layihələrə böyük töhfə vermişdir. İlham Heydər oğlu dahi atasının vəsiyyətini yerinə yetirərək bu gün Azərbaycanı enerji cəhətdən müstəqil dövlətə çevirib. Azərbaycan bir çox beynəlxalq forumların, platformaların və formatların mərkəzidir. Əlbəttə ki, İlham Heydər oğlu dahi atasının əsas vəsiyyətini yerinə yetirib – Qarabağı geri qaytarıb. Bu gün isə Qarabağ sürətlə inkişaf edir. Hər hansı məsələlər ola bilər, lakin bu, ölkələrimizi, xalqlarımızı və prezidentlərimizi ayıra bilməz. Bu gün isə Azərbaycan xalqının şanlı övladlarının bu yaxınlarda göstərdikləri, onların ata və babalarının, İkinci Dünya müharibəsi qəhrəmanlarının fəxr edə biləcəkləri şücaəti xatırlayaraq deyirik: “Qarabağ Azərbaycandır!”.

- Siz bu yaxınlarda Şuşaya səfər etdiniz və münaqişə bitdikdən sonra regionun necə inkişaf etdiyini gördünüz. Azərbaycanın Qarabağın bərpası və regionda proqramların həyata keçirilməsi istiqamətində səylərini necə qiymətləndirirsiniz?

- Orada elmtutumlu klasterlər yaradılır, hava limanları tikilir. Qeyd etdiyiniz kimi, mən bu yaxınlarda Şuşada, həmçinin Füzuli hava limanında oldum işğaldan azad edilmiş ərazilərdə hər ay bugünkü və gələcək Azərbaycanın tarixinə əbədi yazılacaq yeni, infrastruktur baxımından çox mühüm tikintilər həyata keçirilir.

- Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının perspektivləri barədə nə deyə bilərsiniz? Sizcə, prosesin irəliləməsinə nə mane olur və Rusiya hansı rolu oynayır?

- İlk növbədə, Ermənistan konstitusiyasından Qarabağa aid olan hissəni çıxarmaq lazımdır. Gündəlikdə bəzi digər məsələlər də var. Sülh müqaviləsi gec-tez imzalanacaq. Təbii ki, daha tez olsa, daha yaxşı olar. Ona görə də bunun yaxın gələcəkdə baş verməsi üçün əlimizdən gələni edəcəyik. Ləngimək olmaz, Cənubi Qafqaz xalqlarının mənafeyi naminə dinc quruculuq yolu ilə irəliləməliyik.

- Ermənistanın xarici aktolar tərəfindən hərbiləşdirilməsini necə qiymətləndirirsiniz? Silahların artırılması nəticəsində Cənubi Qafqazda sabitliyin pozulması riski varmı?

- Kimsə Ermənistanın silahlanacağına və Qarabağı geri alacağına ümid edirsə, bunu gözləməsin – bu, heç vaxt baş verməyəcək. O, təpədən dırnağa qədər silahlansa belə, Azərbaycan yenə də ondan güclüdür. Öz ambisiyalarını təmin etmək üçün deyil, bu qarşıdurmaya son qoymaq və Cənubi Qafqazda yaşayan insanların maraqları naminə dinc quruculuq yolu ilə hərəkət etmək lazımdır.

- Məlum olduğu kimi, istər Ümummilli Lider Heydər Əliyevin dövründə, istərsə də indi Azərbaycanda İkinci Dünya müharibəsi veteranlarına xüsusi diqqət göstərilir, onların xatirələrini ehtiramla yad olunur. İkinci Dünya müharibəsi veteranlarına Azərbaycanda çox böyük dövlət dəstəyi göstərilir. Bu dövlət siyasətini necə qiymətləndirirsiniz? Bu, digər ölkələr üçün nümunə ola bilərmi?

- İkinci Dünya müharibəsi veteranlarına münasibət baxımından Azərbaycanı etalon hesab etmək olar. Orada hər bir veteran tanınır və ona, onun yaxınlarına, sağlamlığına, ailəsinin rifahına qayğı ilə yanaşılır. Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyev hər bir ailəni öz şəxsi diqqət mərkəzində saxlayır, - mən şişirtmirəm və heç bir kompliment söyləmirəm, bu, həqiqətən də belədir. Çox təəssüf ki, indi veteranlar çox az qalıb. Rusiya Prezidenti də veteranlara münasibətdə eyni prinsipə riayət edir və bu, dövlət siyasətidir. Bu, ümumilikdə bugünkü dövlət siyasətinin və gələcəyimizin qurulmasının mühüm tərkib hissəsidir.

Ümid edirəm ki, qardaşım İlham Heydər oğlu ilə tezliklə görüşəcəyik. O, həqiqətən də dahi atasının ölməz xatirəsinə layiqdir və doğma ölkəsi - böyük Azərbaycanın mənafeyi naminə ən həll olunmaz kimi görünən problemləri həll etməyə qadirdir. Azərbaycan üçün isə hər il milli iqtisadiyyatın inkişafında, sosial siyasətin gücləndirilməsində və əlbəttə ki, Rusiya ilə qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində mühüm nəticələrlə əlamətdardır. Bu əlaqələrə heç vaxt və heç kəs xələl gətirə bilməyəcək.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Aprel 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri