Icma.az
close
up
RU
Lerik uzunömürlüyünün xatirə saxlancı

Lerik uzunömürlüyünün xatirə saxlancı

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Lerik uca dağları, zümzüməli çayları, sıldırım qayalardan “sallanan” gur şəlaləri, zəngin təbiəti ilə tanınan əzəmətli, füsunkar diyardır. Görkəmli və nakam şairimiz Mikayıl Müşfiq bu yerləri təbiətin lirik parçası adlandırıb və zövqoxşayan gözəlliklərini qüdrətli qələmi ilə nəzmə çəkib.

Lerik təkcə ecazkar, möcüzəli təbiəti ilə deyil, həm də uzunömürlü insanları ilə dünyada məşhurdur. Bu torpaqda bir əsrdən artıq ömür sürmüş insanların sayı ilə bağlı tarixi və statistik məlumatlar var. Lerikli uzunömürlülər fiziki cəhətdən sağlam, fəal həyat tərzi, dağ vüqarlı xarakterləri ilə yanaşı, həm də keçmişdən bu günə kimi qorunan adət-ənənələrin daşıyıcılarıdırlar.

Lerik şəhər sakini, görkəmli ictimai xadim, tanınmış ziyalı Qəhrəman Əliyev ömrünün 81-ci ilini yaşayır. Uzun illər rayonun partiya, sovet orqanlarında rəhbər vəzifələrdə çalışıb, təhsil və mədəniyyət şöbələrinə rəhbərlik edib. Rayonun tarixinin, mədəniyyətinin gözəl bilicisidir. Yerli əhalinin özünəməxsus xüsusiyyətlərini, adlı-sanlı şəxsiyyətlərini yaxşı tanıyır. Dağlar diyarı haqqında bir neçə kitabın müəllifidir. Uzunömürlülərdən söz düşəndə həmsöhbətimiz dedi:

-Rayonun relyefi, təmiz havası, ekoloji cəhətdən saf mühiti və insanların təbii həyat tərzini uzunömürlülüyün əsas səbəbləri kimi göstərmək olar. Uzunömürlü insanlar daha çox kənd şəraitində yaşamış, fiziki əməkdə məşğul olmuş, süni qidalardan uzaq durmuş və sağlam həyat tərzi sürmüşlər.

Məlum olduğu kimi, 90 yaşına çatmış insanlar uzunömürlü hesab edilirlər. Lerikdə isə deyirlər ki, 50 yaş yolun yarısıdır. Mənzil başına çatmaq üçün ən azı 100 il yaşamalısan. Azərbaycanın ən uzunömürlü sakini, adı Ginnesin rekordlar kitabına düşmüş Şirəli Müslümov gördüyünüz uca dağın ətəyində yerləşən Barzavu kəndində 168 il yaşamışdır, – deyə Qəhrəman müəllim əli ilə kəndi göstərir. Pirasora kəndində Mahmud Eyvazov 150 il, Tikəband kənd sakini Məcid Ağayev 145, rayonun ən uzunömürlü qadını Qızıl Quliyeva Cəngəmiran kəndində 134 il ömür sürmüşdür.

1985-ci il oktyabr ayının 19-da Lerikdə ilk dəfə uzunömürlülər bayramının keçirildiyini xatırlayıram. O vaxt rayonda yaşı 100-ü ötmüş və 100-ə yaxın olanların sayı 200 nəfərdən çox idi. Onlardan “Əsr yaş sayılmır” adlı filmə çəkilənlər də olmuşdu.

Yadımdadır, həmyerlimiz, istedadlı rejissor, əməkdar incəsənət xadimi Baba Rzayevin hazırladığı bayram tədbirinə tanınmış elm, incəsənət adamları dəvət olunmuşdular. Dünya şöhrətli müğənni, Xalq artisti Zeynəb Xanlarova yeni mahnısı ilə uzunömürlülüləri salamladı. Keçmiş İttifaqın baş mətbu orqanı sayılan “Pravda” qəzeti yazı və fotoreportaj çap etməklə bayram haqqında xəbəri dünyaya yaydı. Fransız kino operatorları uzunömürlü Niftulla Ağayevin “qızıl toyu”nu lentə aldı, - deyə Qəhrəman müəllim bir-birindən maraqlı faktları yada saldı.

O da yadımdadır ki 2014 və 2022-ci illərdə Lerikdə uzunömürlülərin yaradıcılıq festivalları keçirildi. Tədbirdə onların hazırladıqları dekorativ tətbiqi sənət nümunələri, xalçaçılar, məişət əşyaları, rəsm əsərləri və uzunömürlülərin şəkillərindən ibarət stend nümayiş olundu. Çay sürfəsi ətrafında bardaş quran müdrik qocaların həyat hekayələri dinlənildi, hər birinə xatirə hədiyyələri təqdim olundu.

Yaşı 100-ü ötmüş insanların sayca çox olması Leriki uzunömürlər diyarı kimi məşhurlaşdırıb. Ölkəmizdə və dünyada analoqu olmayan yeganə uzunömürülülər muzeyinin Lerikdə yerləşməsi də göründüyü kimi heç də təsadüfi deyil. Muzeyin direktor əvəzi Kamil Diniyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 10 ildən artıqdır ki, rayonda mədəniyyət sahəsində çalışır. Gənc olmasına baxmayaraq təcrübəlidir, işini yaxşı bilir. 2025-ci ildən Lerik Rayon Uzunömürlülər Muzeyinə rəhbərlik edir. Muzeyin fəaliyyəti haqqında ətraflı məlumat verərək dedi:

– Uzunömürlülər muzeyi 1991-ci ildə rayon tarix diyarşunaslıq muzeyinin filialı kimi yaradılıb və sonra mustəqil muzey kimi fəaliyyətə başlayıb. 2010-cu ildə müasir memarlıq elementlərindən istifadə edilərək tikilmiş muzeyin yeni binasının açılışında Prezident İlham Əliyev şəxsən iştirak edib.

Fəaliyyət istiqamətinə görə demək olar ki, dünyada yeganə muzey sayılır. Muzeydə bir əsrdən artıq ömür sürmüş 50 nəfər ağsaqqal, ağbirçək haqqında məlumatlar toplanılıb. İki salonda uzunömürlülərin həyatına və məişətinə dair 1500-ə yaxın eksponat sərgilənir. Eksponatların sırasında uzunömürlülərin həyat yolu, yaşam tərzini əks etdirən sənədlər, fotoşəkillər, arxiv materialları, film və digər videomateriallar, o cümlədən onların şəxsi əşyaları əsas yer tutur.

Muzeydə planetimizin ən qocaman sakinləri kimi adı tarixə düşmüş Şirəli Müslümov, Mahmud Eyvazov və Məcid Ağayev haqqında güşələr yaradılıb. Həmçinin 134 yaşlı Qızıl Quliyeva, 113 yaşlı Məhbubə Fətullayeva və digər uzunömürlülərin fotoşəkillərinin, şəxsi əşyalarının və əl işlərinin saxlanıldığı bölmələr fəaliyyət göstərir.

Muzeydə təkcə uzunömürlülər haqqında materiallar nümayiş etdirilmir, onların məişəti, həyat tərzi sənədlərin dili ilə göz önundə canlanır. Məsələn, dünyanın ən yaşlı sakini kimi iz qoymuş Şirəli Müslümov daim fiziki işlə məşğul olub, çobanlıq edib, təbii əraq məhsulları ilə qidalanıb. Heç vaxt siqaret çəkməyib, spirtli içki qəbul etməyib. Keçdiyi ömür yolu sağlam həyat tərzinin nümunəsidir.

Mahmud Eyvazov Pirasora kəndində 150 il yaşayaraq uzunömürlülük rekorduna imza atıb. O, 130 il təsərrüfatda çalışıb və qabaqcıl əkinçi olduğuna görə “Qırmızı Əmək Bayrağı” ordeninə layiq görülüb. Uzunömürlülüyünün sirri isə çox sadə olub: təmiz dağ havası, daimi hərəkət, stressdən uzaq xoş ovqat, gözəl əhvali-ruhiyyə.

Məcid Ağayev Lerik uzunömürlülük məktəbinin parlaq simalarından olub. Həyatı boyu çobanlıq edib və əkin-biçinlə məşğul olub. Məcid baba çox yaşamağının səbəbini əqidəli, vicdanlı olmasında, ailə xoşbəxtliyində, əmək fəaliyyətində, süd, ağartı və digər təbii məhsullarla qidalanmasında görüb.

Rayonun uzunömürlü qadın fenomenlərindən olan Qızıl Quliyeva əməksevərliyi, səmimiliyi, xeyirxahlığı ilə tanınıb. Bir əsr yarıma yaxın həyatı boyunca yerli bitkilərdən hazırlanan çaylara və təbii qidalara üstünlük verib.

Hazırda rayonda yaşı 90-nı ötmüş 98 nəfər uzunömürlü yaşayır. Onlardan üçünün 97, birinin 98, daha bir nəfərin 99, iki nəfərin isə 100 yaşı vardır. Muzeyin əməkdaşları müntəzəm olaraq rayonun ərazisində yaşayan uzunömürlülərlə görüşür, haqqında məlumatlar toplayıb yeni eksponatlarla fondumuzu zənginləşdirirlər, - deyə Kamil Diniyev bildirdi.

Bu nadir, unikal məkana üz tutanların sayı ildən-ilə artır. Keçən il 1447 nəfər, cari ilin yanvar-iyun aylarında isə 445 nəfər muzeylə yaxından tanış olub. Ziyarət edənlərin sırasında yerli sakinlərlə yanaşı, ölkəmizin müxtəlif guşələrindən, Türkiyə, Rusiya, Hollandiya, Almaniya, Fransa, Koreya, Macarıstan, Böyük Britaniya və digər ölkələrdən gəlmiş turistlər də az deyil. Muzeyin kollektivi tariximizin, milli kimliyimizin və mədəniyyətimizin şahidləri olan bu insanların həyat hekayələrini qorumağı və təbliğ etməyi özlərinin şərəfli və məsul borcu hesab edir.

Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Avqust 2026 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see416

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see330

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see324

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see264

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see234

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see234

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see231

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see227

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see211

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see207

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see198

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see197

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see195

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see195

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see194

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see186

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see185

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see179

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri