Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Lerikdə 152 məzun tələbə adını qazandı 662,5 ballıq nəticə

Lerikdə 152 məzun tələbə adını qazandı 662,5 ballıq nəticə

Icma.az, Dogru.az portalına istinadən məlumat yayır.

Lerik rayonunda tədrisin keyfiyyətinin yüksəldilməsinə, bilikli, bacarıqlı şagirdlərin üzə çıxarılıb ali məktəblərə hazırlanmasına xüsusi diqqət yetirilir. Bunun nəticəsidir ki, məzunların ali təhsil ocaqlarına qəbulunda yeni uğurlar əldə olunub. Məzunlardan 152 nəfər ali məktəb tələbəsi adını qazanıb. İmtahanlarda 6 nəfər 600 baldan yuxarı, 46 nəfər 400-600 ballıq nəticə göstərib.

Sevindirici haldır ki, E. Səfərov adına Çayrud kənd tam orta ümumtəhsil məktəbinin məzunu Məsumə Siyabova rayon üzrə birincilik qazanaraq 662,5 balla ADA Universitetinin riyaziyyat fakültəsinə daxil olub. Məktəbin daha 14 məzunu tələbə adına layiq görülüb.

Lerik şəhər M. Baxışov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunlarından Həsən Abiyev 658 bal və Vüsal Təhməzov 631 balla, N. Əliyev adına Lüləkəran kənd tam orta ümumtəhsil məktəbinin məzunu Bəylər Mirzəzadə 628 balla və M. Qafarov adına Siyov kənd tam orta ümumtəhsil məktəbinin məzunu Ramid Rəhimov 619 balla Daxili İşlər Nazirliyinin Polis Akademiyasına, B. Pələngov adına Züvüç kənd tam orta ümumtəhsil məktəbinin məzunu Əsmər Miriyeva 618 balla Azərbycan Tibb Universitetinə qəbul olunublar.

Lerik Rayon İcra Hakimiyyətinin dəstəyi, Lerikin İnkişafına Dəstək Qrupunun təşəbbüsü və təşkilatçılığı ilə rayon mədəniyyət mərkəzində yüksək balla ali məktəblərə qəbul olunan və buraxılış imtahanlarında sevindirici nailiyyətlər qazanan gənclərlə görüş keçirilib.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Milli Məclisin deputatı Vasif Qafarov tədbir iştirakçıları ilə birlikdə xalqımızın Ümummilli lideri Heydər Əliyevin Lerik şəhərinin mərkəzində ucaldılmış əzəmətli abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Görüşdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ölkəmizin Dövlət Himni səsləndirilib. Lerikin İnkişafına Dəstək Qrupu fondunun sədri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Arzuman Muradlı tədbiri açaraq tələbə adını qazanmış gənclərə təbrikini, xoş arzularını söyləyib. Qrupun insan kapitalının inkişafına, lerikli gənclərin təhsilinə daim dəstək göstərdiyini, öz ənənəsinə sadiq qalaraq geniş tərkibdə tələbələrlə görüşdüklərini vurğulayıb.

Milli Məclisin deputatı, Lerikin İnkişafına Dəstək Qrupunun sədri, tarix elmləri doktoru Vasif Qafarov ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə təhsilin inkişafına yüksək diqqət və qayğı göstərdiyini, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ulu öndərin təhsil siyasətini uğurla, yüksək işgüzarlıqla davam və inkişaf etdirdiyini bildirib. Tələbə adına layiq görülmüş gəncləri təbrik edərək yüksək bilikli mütəxəssis kimi yetişməyi, müstəqil Azərbaycana ləyaqətlə, əsl vətəndaş kimi xidmət göstərməyi tövsiyə edib. Qrupun daim lerikli gənclərin yanında olduğunu, təhsil dövründə əlaçı tələbələrə fond tərəfindən təqaüd veriləcəyini diqqətə çatdırıb.

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədova tələbələrə müasir elmi biliklərə dərindən yiyələnməyi, doğma rayonun, təhsil aldıqları məktəbin, sevimli müəllimlərinin adını yüksəltməyi arzulayıb.

Lerik Rayon Təhsil Sektorunun müdiri Ülviyyə Əliyeva, tanınmış, istedadlı şair Ağacəfər Həsənli, Bakı Mühəndislik Universitetinin tələbəsi Cavanşir Qurbanzadə tələbə sevinci yaşayan gənclərə, onların valideynlərinə, müəllimlərinə təbrik sözlərini, səmimi və xoş arzularını bildiriblər. Çıxışlarda gənclərin təhsilinə göstərdikləri yüksək qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıq ifadə olunub.

Tədbirdə buraxılış və blok imtahanlarında yüksək bal toplamış tələbələrə, IX sinifləri əla qiymətlərlə bitirmiş şagirdlərə, rayonun qabaqcıl müəllimlərinə pul mükafatı, Fəxri diplom və hədiyyələr təqdim olunub.

Əlisəfa Həsənov,

Lerik

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://dogru.az
archiveBu xəbər 13 Sentyabr 2026 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see626

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see558

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see435

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see305

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see300

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see300

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see287

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see278

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see245

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see237

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see227

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see226

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see214

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see210

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see210

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see209

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see192

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see177

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see172

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri