Icma.az
close
up
RU
Lerikdə görünməmiş qar....

Lerikdə görünməmiş qar....

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Ağ örtüyün hündürlüyü bəzi yerlərdə 1 metrə çatır

Fevralın 6-dan başlayaraq Lerik rayonu ərazisinə yağan güclü qar fevralın 8-i günorta saatlarınadək davam edib. Nəticədə, Lerik şəhəri və ətraf yaşayış məntəqələrində qarın hündürlüyü 50-60 santimetr, yüksək dağlıq ərazilərdə isə 80-90, bəzi kəndlərdə hətta 100 santimetrə çatmışdır.

Məlumatı redaksiyamıza telefonla əlaqə saxladığımız Lerik Rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlipənah Bayramov verib.

O əlavə edib ki, son illər rayonda belə yağıntı çox nadir hallarda müşahidə edilib. Aramsız yağan güclü qar nəticəsində Çayrud, Rvarud, Veri, Tikəband, Coni, Orand, Nurəvud və sair yaşayış məntəqələri ilə rayon mərkəzi arasında əlaqə kəsilib. Lakin elə ilk gündən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasovun göstərişi ilə yaradılmış xüsusi mexanikləşdirilmiş briqadalar dərhal hərəkətə keçərək tədbirlər görməyə başlayıblar. Əksər kəndlərlə rayon mərkəzi arasında əlaqə bərpa olunub. Bununla yanaşı, şəhərdaxili yollar qardan təmizlənib və əhalinin sərbəst və təhlükəsiz hərəkəti təmin olunub.

Yağan qar əsasən rayonun yüksək dağlıq ərazilərində yerləşən yaşayış məntəqələrində problemlər yaradır. Bir çox kəndlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Lakin “Azərişıq” QSC rəhbərliyinin tapşırığına əsasən, qurumun Cəlilabad, Lənkəran, Masallı rayonlarından cəlb edilmiş xüsusi mexaniki briqadaların dəstəyi ilə görülmüş işlər nəticəsində əhalinin elektrik enerjisi ilə təminatında yaranan problemlər tədricən aradan qaldırılır.

Bir çox kəndlərin enerji təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Lerik şəhərinin özündə əhalinin su, ərzaq, enerji daşıyıcıları və digər zəruri təminatında problem müşahidə olunmur.

Müsahibimiz sonda onu da əlavə etdi ki, hazırda rayon ərazisində qarlı hava şəraiti davam etməkdədir.

P.S. Lerikin qar mənzərələrini bizə Seyran İsmayılov göndərib.

İ.RÜSTƏMOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Fevral 2025 09:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri