Lerikdə icra başçısı və deputatın iştirakı ilə səyyar görüş keçirilib
Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.
Lerik rayonunun Siyov kənd inzibati ərazi dairəsinin sakinləri ilə səyyar görüş keçirilib.
Newscenter.az xəbər verir ki, görüşdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Milli Məclisin deputatı Vasif Qafarov, rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri və Siyov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Xəlifəhoni, Siyov, Hovil, Akuşəpeştə və Qılqılov kəndlərinin sakinləri iştirak edib.

Sakinlər əraziyə təbii qaz xəttinin çəkilişi, elektrik təsərrüfatının yenilənməsi, yolların təmiri və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndiriblər. Kənd sakinlərinin problem və təklifləri dinlənilib, onları narahat edən problemlərin həlli ilə bağlı qanunvericiliyə uyğun müvafiq strukturlar qarşısında məsələ qaldırılacağı vətəndaşların nəzərinə çatdırılıb.
Süleyman

Neftçalanın icra başçısı səyyar görüş keçirdi
15 Noyabr 2024 13:38
Neftçalanın icra başçısı səyyar görüş keçirib
15 Noyabr 2024 13:43
Lerikdə “seçki oyunu” Bələdiyyələri icra başçısı müəyyənləşdirib? Yeni Gündəm
01 Fevral 2025 02:46
Neftçalanın icra başçısı səyyar görüş keçirib FOTOLAR
15 Noyabr 2024 13:22

