Səidə Bayramova: Kiberdiplomatiya konfransı beynəlxalq əməkdaşlıq üçün mühüm platformadır
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Süni intellekt texnoloji inkişafla yanaşı, mürəkkəb yeni təhdidlər də yaradır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin mətbuat katibi Səidə Bayramova Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, konfrans çərçivəsində keçiriləcək altı panel müzakirəsində süni intellektin texnologiyalara, informasiya və kiberməkana təsiri müzakirə olunacaq.
S.Bayramovanın sözlərinə görə, tədbirdə təcrübə mübadiləsi, panellər və sessiyalar vasitəsilə bu sahədə mühüm məlumat mübadiləsi aparılacaq.
Mətbuat katibi xatırladıb ki, regionda ilk dəfə Kiberdiplomatiya üzrə I Beynəlxalq Konfrans 2024-cü ildə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təşkilatçılığı ilə keçirilib.
O, builki tədbirin həmin konfransın davamı olduğunu və beynəlxalq əməkdaşlıq, eləcə də təcrübə mübadiləsi üçün geniş imkanlar yaratdığını vurğulayıb.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 19 Noyabr 2026 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















