Icma.az
close
up
RU
Lerikdə qalib məzunlarla görüş

Lerikdə qalib məzunlarla görüş

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Lerik Rayon İcra Hakimiyyətinin dəstəyi, Lerikin İnkişafına Dəstək Qrupunun təşəbbüsü və təşkilatçılığı ilə rayon mədəniyyət mərkəzində yüksək balla ali məktəblərə qəbul olunan və buraxılış imtahanlarını müvəffəqiyyətlə verən gənclərlə görüş keçirilib.

Rayon rəhbəri bildirib ki, Lerikdə tədrisin keyfiyyətinin yüksəldilməsinə, bilikli, bacarıqlı şagirdlərin üzə çıxarılıb ali məktəblərə hazırlanmasına xüsusi diqqət yetirilir. Bunun nəticəsidir ki, məzunlardan 152 nəfər ali məktəb tələbəsi adını qazanıb. İmtahanlarda 6 nəfər 600 baldan yuxarı, 46 nəfər 400-600 bal toplayıb. Çayrud kənd tam orta ümumtəhsil məktəbinin məzunu Məsumə Siyabova rayon üzrə birincilik qazanaraq 662,5 balla ADA Universitetinin riyaziyyat fakültəsinə daxil olub. Məktəbin daha 14 məzunu tələbə adına layiq görülüb.

Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov tələbə adını qazanmış lerikli gəncləri təbrik edib, onlara təhsildə uğurlar arzulayıb.

Milli Məclisin deputatı, Lerikin İnkişafına Dəstək Qrupunun sədri, tarix elmləri doktoru Vasif Qafarov, Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, Rayon Təhsil Sektorunun müdiri Ülviyyə Əliyeva, lerikli şair Ağacəfər Həsənli, Bakı Mühəndislik Universitetinin tələbəsi Cavanşir Qurbanzadə tələbə sevinci yaşayan gənclərə, onların valideynlərinə, müəllimlərinə xoş arzularını bildiriblər.

Sonda imtahanlarda yüksək bal toplamış tələbələrə, IX sinifləri əla qiymətlərlə bitirmiş şagirdlərə, rayonun qabaqcıl müəllimlərinə Fəxri diplom və hədiyyələr təqdim olunub.

Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Sentyabr 2026 02:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see428

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see421

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see299

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see278

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see267

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see261

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see259

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see255

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see253

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see238

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see225

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see219

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see215

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see212

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see211

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see210

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see206

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see206

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri