Icma.az
close
up
RU
“Lətif Kərimov 120” mövzusunda elmi konfrans keçirilib

“Lətif Kərimov 120” mövzusunda elmi konfrans keçirilib

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Sentyabrın 24-də AMEA Naxçıvan Bölməsində tanınmış  xalçaşünas alim, xalçaçı-rəssam və tədqiqatçı Lətif Kərimovun anadan olmasının 120 illiyinə həsr olunmuş “Lətif Kərimov-120” mövzusunda elmi konfrans təşkil olunub.

Tədbiri giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev dahi sənətkarın Azərbaycan xalça sənətinin inkişafı, elmi əsaslarının yaradılması və dünyada təbliği istiqamətindəki əvəzsiz xidmətlərindən danışıb. 

Akademik Prezident İlham Əliyevin 30 aprel 2026-cı il tarixli “Lətif Kərimovun 120 illiyinin qeyd edilməsi haqqında” imzaladığı Sərəncamın görkəmli xalçaşünas alimin zəngin irsinə dövlət səviyyəsində göstərilən yüksək diqqətin təzahürü olduğunu və onun irsini yenidən tədqiq olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Təsviri və dekorativ-tətbiqi sənətlər şöbəsinin kiçik elmi işçisi Şəmsiyyə Zalova “Azərbaycan xalça sənətinin Lətif Kərimov zirvəsi” adlı məruzəsində sənətkarın həyat və sənət yolu haqqında danışaraq bildirib ki, İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Hüseyn Cavid və Əcəmi Naxçıvani kimi dahi şəxsiyyətlərin portret xalçalarının müəllifi Lətif Kərimov eyni zamanda dünyada ilk xalça muzeyi olan Azərbaycan Milli Xalça Muzeyinin yaradıcısıdır. 

Qeyd edilib ki, xalça sənətinin təkcə praktiki deyil, həm də elmi əsaslarla öyrənilməsini təmin edən rəssamın elmi irsinin ən mühüm nümunələri xalça növlərinin və ornamentlərinin sistemləşdirilməsinə xidmət edən “Azərbaycan xalçalarında ornament” kitabı və üçcildli “Azərbaycan xalçası” monoqrafiyasıdır.   

Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Ülviyyə Bağırova “Azərbaycan xalçasının memarı” başlıqlı məruzəsində Lətif Kərimovun Azərbaycan xalça sənətindəki müstəsna rolundan danışaraq qeyd edib ki, böyük xalçaçı- rəssam uzun illər indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində xalça sənəti üzrə pedaqoji fəaliyyətlə məşğul olub. Lətif Kərimovun xidmətləri dövlət tərəfindən  yüksək qiymətləndirilib. O, müxtəlif illərdə SSRİ Dövlət mükafatına, Əməkdar incəsənət xadimi və Xalq rəssamı fəxri adına layiq görülüb. Milli xalça mədəniyyətimiz tarixində özündən sonra dərin iz buraxmış ustad sənətkarın irsi bu gün də yaşadılır və qorunub saxlanılır.

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Firudin Rzayev “Lətif Kərimov və Azərbaycan xalçalarında qədim türk mifləri” mövzusunda çıxış edərək bildirib ki, Azərbaycan xalça sənətinin elmi-nəzəri əsaslarını yaradan Lətif Kərimovun yaradıcılığı xalqımızın qədim köklərini, o cümlədən ümumtürk mifologiyasını və dünyagörüşünü öyrənmək üçün əsasdır. Qeyd olunub ki, Lətif Kərimovun xalçalarındakı Günəş, quş təsvirləri, səma cisimləri və digər naxışlar qədim türk inancları ilə sıx bağlıdır.

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, professor Əbülfəz Quliyev xalçaçılıq sənətinin milli-mənəvi dəyərlərimizin qorunmasındakı əhəmiyyətini diqqətə çatdırıb və Lətif Kərimovun bu sahədəki xidmətlərinin əvəzedilməz olduğunu qeyd edib.

Sonda "Mədəniyyət televiziyası"nın görkəmli xalçaşünas alimin yaradıcılığına həsr etdiyi videoçarx nümayiş etdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Sentyabr 2026 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri