Icma.az
close
up
RU
Lətif Novruzov: “Futbol camiəsində onun kimi təmiz ikinci bir adam görməmişəm”

Lətif Novruzov: “Futbol camiəsində onun kimi təmiz ikinci bir adam görməmişəm”

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

"Çingiz İsmayılov ömrünün sonuna kimi futbola bağlı oldu".

Bunu İdman.biz-ə AFFA-nın mətbuat xidmətinin keçmiş rəhbəri Lətif Novruzov deyib.

O, ötən gün vəfat edən AFFA-nın keçmiş baş katibi, futbol veteranı Çingiz İsmayılovla bağlı xatirələrini bölüşüb: “Çingiz müəllim sözün əsl mənasında yaxşı dost, işçi, məsləhətçi idi. Futbol camiəsində onun kimi təmiz, hər şeyə obyektiv yanaşan ikinci bir adam görməmişəm. Ürəyi çox yumşaq idi. AFFA-da çalışdığımız dövrdə onunla tez-tez təmasda olurdum. İşdə çox tələbkar idi. Bəzən mübahisəli məsələlər zamanı əsəbləşirdi. Bizim otaqlarımız yan-yana idi. Mübahisənin üstündən on dəqiqə keçməmiş qapının yanında dayanıb soruşurdu ki, neynirsən Novruzov? Nədir, incidin ki? Mən də deyirdim ki, incisəm, gedib su içərəm. Sizdən incimək olar?".

O, Çingiz İsmayılovun "Şəfa" klubunun yaradılmasında mühüm rol oynadığını xatırladıb: "AFFA-nın nəzdində "Şəfa" klubu yaradılanda çox hücumlara məruz qaldıq. Hərə bir cür yanaşırdı. Deyirdilər, Fuad Musayevin, Çingiz İsmayılovun komandasıdır. Özləri təşkil ediblər ki, birinci yeri götürüb Avropaya getsinlər. Həmin dövrdə sinəsini sipər edən məhz Çingiz müəllim oldu. Ümumiyyətlə, "Şəfa" Fuad Musayevlə ikisinin birgə layihəsi idi. Tarix göstərdi ki, bu klubun Azərbaycan futbolunun inkişafında xüsusi rolu olub. Məsələn, orada yetişən futbolçuların əksəriyyəti bu gün Premyer Liqa klublarımızda oynayan klublarda məşqçidir”.

Novruzov vurğulayıb ki, İsmayılov qatı "Neftçi" azarkeşi olub: “Ancaq sadəcə azarkeş, hər hansı əməli köməkdən söhbət getmir. Həmişə də Fuad Musayev bunu ona irad tutub deyirdi ki, İsmayılov, stadionda azarkeşliyini çox bildirmə. Kənardan baxıb deyəcəklər ki, AFFA-nın baş katibi "Neftçi"ni dəstəkləyir. O, bütün varlığı ilə bu komandaya bağlı idi. Təsadüfi deyil ki, onun əmək kitabçasında təkcə "Neftçi"nin adı yazılmışdı. Sonradan isə mərhum Fuad Musayevin təşviqi ilə AFFA-da baş katib vəzifəsinə dəvət edilmişdi. AFFA-nın da yaradıcılarından biri məhz Çingiz İsmayılov olub".

Lətif Novruzov Çingiz İsmayılovun kollektivlə münasibətlərindən söz açıb: "Milli komanda harasa gedəndə ya Fuad Musayev, ya da Çingiz İsmayılov onlarla gedirdi. Səfərlər zamanı insanı daha yaxşı tanıyırsan. Çingiz müəllim hərtərəfli komandaya yardımçı olmağa çalışırdı. Bilirsiniz, AFFA-da çəkişmələr çox olurdu. Kənardan işimizə qarışırdılar. Biz həmişə nəqliyyat məsələsində çətinlik çəkirdik. Həmişə istəyirdim ki, onu öz maşınımla Bakıxanova evlərinə aparım, o da deyirdi ki, metroya kimi apar bəsdir. Heç kimə əziyyət vermək istəmirdi. Çingiz müəllim çox möhkəm siqaret çəkən idi. Yeganə adam idi ki, AFFA-nın inzibati binasında onun üçün siqaret çəkməyə yaşıl işıq yandırılmışdı ki, burada Çingiz İsmayılov siqaret çəkə bilər. Hamı onun xətrini çox istəyirdi".

Qeyd edək ki, Çingiz İsmayılov bu gün dəfn olunacaq.

O, 1956-1961-ci illərdə "Neftçi"nin şərəfini qoruyub. Sonra "Neft daşları", həmçinin Bakının və Gəncənin "Dinamo" komandalarında oynayıb. Futbolçu karyerasını bitirəndən sonra televiziyada futbol şərhçisi kimi çalışıb, sonra "Neftçi"nin rəisi (1987-1993), AFFA-nın baş katibi (1994-2003) olub. 89 yaşlı veteran futbolçu 2022-ci ilin dekabrında "Tərəqqi" medalı ilə təltif edilib.

Aytac Sahəd
İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 24 Mart 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see203

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see185

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see170

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see153

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see142

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see141

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Şamanlardan 2026 üçün səs küylü proqnoz: Tramp xəstələnəcək!

31 Dekabr 2025 09:40see134

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri