Levandovski: Karyeramı bitirməkdən qorxmuram
Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Barselona"nın futbolçusu Robert Levandovski karyerasını başa vurmaqla bağlı fikirlərini bölüşüb.
QOL.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 37 yaşlı hücumçu bundan qorxmadığını deyib:
"Karyeramı bitirməkdən qorxmuram, çünki buna hazırlaşmağa başlayıram. Futboldan sonra nə edəcəyimə hazırlaşıram.
Futbolun həyatımın çox vacib bir hissəsi olduğunu bilirəm, amma bütün həyatım deyil. Gənc olanda bu barədə düşünmürdüm, çünki ağlıma yalnız futbol, futbol və daha çox futbol gəlirdi. Amma indi başa düşürəm ki, karyeramın sonuna çox yaxınam. Bilmirəm, 1, 2, 3, bəlkə də 4 ilim qalıb, amma heç bir təzyiq hiss etmirəm. Əgər bir gün bədənimə qulaq asıb nəyinsə dəyişdiyini hiss etsəm, karyeramı başa vurmağa hazır olacağam”.
Qeyd edək ki, polşalı forvardın "Barsa" ilə hazırkı müqaviləsi 30 iyuna qədərdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 05 Yanvar 2026 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















