Icma.az
close
up
RU
Ləyaqəti satmaqla varlanmaq olmaz...

Ləyaqəti satmaqla varlanmaq olmaz...

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Meta İslamofobiyanı qazanc mənbəyinə çevirir...

...Vaşinqton və Tehran arasındakı gərginlik fonunda sosial mediada Britaniya Baş naziri Keir Starmerin saxta videosu yayılıb.

...Süni intellektdən istifadə edilərək çalma geyinmiş şəkildə təqdim edilən Starmer, müsəlman və miqrantlar haqqında irqçi və təxribatçı açıqlamalar verib.

SİA-nın əldə etdiyi məlumata görə, video sosial mediada yüz minlərlə baxış toplayıb, no...

...Lakin, “The Bureau Investigates” tərəfindən aparılan araşdırma təəccüblü bir detalı ortaya çıxarıb.

...Demə, İslam əleyhinə məzmunun müəllifi Britaniyanın ifrat sağçı fəalı deyil, Pakistandan olan dindar gənc müsəlmanmış...

Qeyd edək ki, bu gənc oğlan İslam moizələri ilə səhifələr açır, Quran ayələrini dərc edir və hətta profilində Kəbənin şəklindən də istifadə edirmiş.

...Və o, həmçinin Britaniya auditoriyasına İslamofobik videolar paylayan “Britain Today” hesabını da idarə edirmiş.

Onu da bildirək ki, gəncin səhifəsi yüz minlərlə izləyici toplaya bildib və ayda ona təxminən 1500 dollar qazandırıb. Və o da maraqlıdır ki, o, jurnalistlərə bunu pul qazanmaq üçün başlatdığını etiraf edib.

...Bu günlərdə Pakistanda həyatın necə olduğunu bilirsiniz. İnsanlar yaşamaq üçün bu cür işlər görürlər.

Pakistanlı gənc deyib bunu.

Yeri gəlmişkən, bu gəncin dərc etdiyi materialların məzmunu barədə demək olar ki, heç bir anlayışı da olmayıb - o, yalnız baxış və gəlirlə maraqlanırmış.

Videoların yaradılması üçün mövcud süni intellekt alətlərindən istifadə olunurmuş: Gemini populyar mövzuları seçirdi, CapCut avtomatik olaraq mətni videoya çevirirdi və ChatGPT üz qabıqlarının dizaynına kömək edirdi.

Bəzən müəllif sadəcə viral videoları TikTok və Twitter-dən dəyişdirmədən kopyalayırdı.

...Mütəxəssislər hesab edirlər ki, bu cür texnologiyalar ideologiyadan daha çox mənfəətin əsas diqqət mərkəzində olduğu yeni bir “kölgə təsirçiləri” sənayesi yaratmışdır. Təxribat, qorxu və nifrət sosial media alqoritmlərinin yaxşı satdığı bir məhsula çevrilib.

Tədqiqat müəlliflərinin fikrincə, əsas problem təkcə fərdi məzmun yaradıcılarında deyil, həm də Meta sisteminin özündədir.

Platformanın alqoritmləri güclü emosiyalar oyadan və cəlbediciliyi artıran hər şeyi mükafatlandırır - hətta bütün icmalara qarşı nifrət oyadırsa belə...

...London merinin sözçüsü bildirib ki, sosial media insanların zəhərli və bölücü ideyaları yaymaqdan qazanc əldə etdiyi “qəzəb iqtisadiyyatı” yaradıb. Araşdırma həyəcanverici bir nəticə ilə başa çatır: bu gün rəqəmsal nifrət fabrikləri tam hüquqlu biznes kimi fəaliyyət göstərir və alqoritmlər sosial bölünməni mənfəət mənbəyinə çevirənlərə pul ödəməyə davam edir...

SİA-nın əlavəsi: Meta Kaliforniyanın Menlo Park şəhərində yerləşən Amerika çoxmillətli texnologiya holdinqidir. Facebook, Instagram, WhatsApp və Reality Labs şirkətlərinin ana təşkilatıdır. Dünyanın ən dəyərli şirkətlərindən biri olan Meta Platforms, Amazon, Alphabet (Google-ın sahibi-A.B.), Apple və Microsoft ilə birlikdə ABŞ informasiya texnologiyaları sənayesindəki “Böyük Beşlik” şirkətlərindən biri hesab olunur. Şirkət, demək olar ki, bütün gəlirini xidmətlərində reklam sahəsi satmaqla əldə edir.

Əli Babayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 May 2026 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see417

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see410

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see284

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see268

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see257

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see250

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see247

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see244

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see242

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see226

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see215

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see211

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see210

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see203

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see199

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see199

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri