Icma.az
close
up
RU
Elxan Allahverdiyev: Xalqımızın şərəf və ləyaqəti şəhidlər hesabına qorundu

Elxan Allahverdiyev: Xalqımızın şərəf və ləyaqəti şəhidlər hesabına qorundu

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Xalqımızın şərəf və ləyaqəti 20 Yanvar Şəhidləri hesabına qorundu".

Bu sözləri Oxu.Az-a 20 Yanvar Şəhidi İlham Allahverdiyevin qardaşı Elxan Allahverdiyev deyib.

O bildirib ki, 20 Yanvar hadisəsi ölkənin şərəf və ləyaqət məsələsi idi:

"35 ildir bu hadisə olub. Bu, bizim ölkəmizin şərəf məsələsi idi. İmperiya bizim xalqa qarşı bu faciəni törətdi. Xalqımız bu faciədən öz şərəf və ləyaqətini qoruyaraq çıxıb. Bunların hamısı şəhidlərimizin hesabına olub. Onlar öz canı-qanı bahasına xalqımızın şərəf və ləyaqətini qorudu".

Qardaşından danışan Elxan Allahverdiyev qeyd edib ki, İlham şəhid olduqdan sonra şəhidlikdən doğan sevgi günü yarandı:

"Hadisələr zamanı mənim qardaşım da şəhid oldu. Şəhidlikdən doğan bir sevgi günü yarandı. İlham ilə Fərizə şərəfinə yaranmış bu günü xalq da böyük hörmətlə qarşıladı. İlham çox yaxşı oğlan idi. Vətənpərvər idi. Hər adam da kimdənsə ötəri canından keçmir. İlham necə oğul idisə, Fərizə onun yolunda həyatına son qoydu".

O, xatırladığı hadisələrdən birini bizimlə bölüşüb:

"Yığıncaqların birində biz də orada idik. Fərizənin şəkil məsələsi gündəmdə idi. Bəxtiyar Vahabzadə orada çıxış edib dedi ki, ən böyük şəhid Fərizədir. O, bunu göz yaşları içərisində danışırdı. Qardaşım şəhid oldu, Fərizə onu daha da ucaltdı. Danışa bilmirəm, çox çətinlik çəkirəm... (ah çəkir)".

Elxan Allahverdiyev gözü önündə baş verən hadisələrdən danışaraq vurğulayıb ki, fəxrlə xidmət etdikləri ordu xalqa qənim kəsilmişdi:

"Bütün hadisələr gözümün qabağında olub. Bir hadisəni danışım. Barrikadanı dörd tank Biləcəri tərəfdən yardı. İndiki Alov Zavodunun yanında 06 markalı bir maşın hərəkət etdi. Həmin yerdə bir boru var idi. Maşın ona dirənib qaldı. Sürücü maşından düşüb qaçmaqla özünü güclə xilas etdi. 4 tankın dördü də həmin maşının üzərindən keçərək, atəş açmağa başladı. Güllənin biri də mənim yanımdakı yoldaşlardan birinə dəydi. Onun qolunu yandırıb keçdi. Biz inanmırdıq onun qolu yana. Deyirdik, rezin güllədir, bir qolunda deşik açılar yəqin. Lakin baxanda gördük ki, necə yandırıbsa, qolunun piy qatı dəridən çölə çıxıb. Belə çətin günlərdən keçmişik. Fəxrlə xidmət etdiyimiz ordu əzazillik ilə bizə qarşı qənim kəsilərək, xalqımızı güllə-baran etdi. Qadına, qıza aman verilmirdi. Hətta Semyonov soyadlı şəhid var, onu bıçaq ilə deşik-deşik etmişdilər (ağlayır)".

Aygün Mirakif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 Yanvar 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri