Icma.az
close
up
RU
Ləyaqətli siyasi varis, qüdrətli dövlət xadimi

Ləyaqətli siyasi varis, qüdrətli dövlət xadimi

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ümummilli lider Heydər Əliyev 2003-cü ildə Azərbaycan xalqına müraciətində İlham Əliyev haqqında demişdir ki, o, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.

Həmin il xalqın böyük etimadı ilə ilk dəfə Prezident seçilən İlham Heydər oğlu Əliyev 22 illik hakimiyyəti dövründə özünü Ulu öndərin layiqli siyasi varisi, xalqımızın, millətimizin sevimli rəhbəri kimi tanıtmışdır.

İlham Əliyevi görkəmli siyasi xadim kimi yetişdirən amillər hansılardır?

İlham Əliyevin ana babası ictimai və siyasi xadim Əziz Əliyev ağır repressiya illərində Azərbaycanda milli kadrların böyük bir dəstəsini səbəbsiz işgəncələrdən, ölümdən xilas etmişdir. Əziz Əliyevin özü 50-ci illərin əvvəllərində haqsız olaraq təqiblərə məruz qalmışdır. Ulu öndər Heydər Əliyev Əziz Əliyevin fəaliyyətini yüksək qiymətləndirərək demişdir ki, Əziz Əliyevin dövründə əldə etdiyi nailiyyətlər əvəzsizdir, tarixi bir nailiyyətdir. Qeyri-adi istedadı İlahidən gələn bu insan özünün məqsədyönlülüyü, fədakarlığı, zəhmətsevərliyi, biliklərə can atması sayəsində çox şey qazanmış, hərtərəfli insani keyfiyyətlər əldə etmişdir. O, dövlət xadimi, nazir, çətin illərdə Azərbaycanın rəhbərlərindən biri idi.

Çətin illərdə Dağıstana rəhbərlik etmiş Əziz Əliyev burada yerli əhaliyə qarşı həyata keçirilən siyasi repressiyalara son qoyulmasına, dağıstanlılardan ibarət milli hərbi hissələrin təşkil olunmasına, yerli hakimiyyət orqanlarına dağıstanlıların təyin edilməsinə nail olmuşdur. Onun İkinci Dünya müharibəsi dövründəki fəaliyyəti mühüm hərbi və siyasi əhəmiyyət kəsb edir. Azərbaycan və Dağıstan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi Əziz Əliyevin adı ilə sıx bağlıdır.

Prezident İlham Əliyevin atası Heydər Əlirza oğlu Əliyev Azərbaycanın milli tarixində xüsusi yer tutan nadir tarixi şəxsiyyətdir ki, onun zəngin irsi uzun müddət politoloqların, filosofların, tarixçilərin və tədqiqatçıların diqqət mərkəzində qalacaq. Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinə misilsiz töhfələri sayəsində o, sağlığında əfsanəyə çevrilmiş və dünyadakı azərbaycanlıların sonsuz sevgisini qazanmışdır. Heydər Əliyev indiki Azərbaycan dövlətinin qurucusu hesab olunur. Heydər Əliyev ölkəmizdə düşüncə plüralizminin, demokratiyanın, güclü sosial ədalət hissinin və milli özünüdərkin təməlini qoydu. İkinci hakimiyyəti illərində ölkənin lideri kimi Qarabağ savaşında atəşkəsə, iqtisadi, siyasi, sosial və hüquqi islahatların həyata keçirilməsinə nail oldu.

Ulu öndərin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri özünü əvəz edə biləcək siyasi varis yetişdirməsi idi. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü praqmatik və uzaqgörən siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmaqla yanaşı, ölkəmiz regionun sürətlə inkişaf edən, güclü və nüfuzlu dövlətinə çevrilib. Azadlıq və müstəqillik naminə bütün çətinliklərlə cəsarətlə üzləşən və mübarizə ruhuna malik olan Heydər Əliyev siyasi məktəbinin ən layiqli davamçısı bu gün Azərbaycanın şanlı tarixinə yeni parlaq səhifələr yazır.

Prezident İlham Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən biri demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlərdir. Azərbaycançılıq fəlsəfəsi İlham Əliyev siyasətinin mənəvi dayağıdır. Dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna, eləcə də yüksək beynəlxalq nüfuza malik olan dövlətə çevrilib.

2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Qarabağ münaqişəsinin aqibəti ilə bağlı bəzi dairələrdə yaranan haqsız əminliyi darmadağın etdi. Azərbaycanda güclü müdafiə sənayesi quruldu. Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı.

Siyasi, iqtisadi, hərbi, sosial, ekoloji və digər istiqamətlərdə təhlükəsizliyin təmin olunması strateji maraqların gerçəkləşməsinə və inkişaf dinamikasının davam etməsinə əlverişli şərait yaradıb. Regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən Dövlət proqramları sayəsində bölgələrdə inkişaf prosesləri sürətlənib, kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı konkret proqramlar icra olunub. Siyasi partiyaların, mətbuatın fəaliyyətinin stimullaşdırılması istiqamətində görülmüş işlər kontekstində mühüm irəliləyişlər baş verib. Siyasi dialoqun qurulması istiqamətində əldə olunmuş uğurlar bundan sonra da bu prosesin effektiv davam etdiriləcəyindən xəbər verir.

Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın 30 ilə yaxın müddətdə pozulmuş ərazi bütövlüyünün bərpası idi. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi çoxillik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı.

Böyük Zəfərə gedən yol ulu öndər Heydər Əliyevin siyasi varisinə vəsiyyəti ilə başlandı. 44 günlük müharibə nəinki döyüş meydanında, həm də informasiya məkanında aparıldı. Dövlət başçısı döyüşlərə komandanlıq etməklə bərabər, dünyanın ən nüfuzlu telekanallarına, mətbuat orqanlarına 30-dan çox müsahibə verdi, haqq işimizi dünyaya çatdırdı və bununla ermənilərin həm də informasiya manipulyasiyasına ciddi zərbə vuruldu.

Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ uğrunda çıxdığı müqəddəs yürüşün hər bir günü zəfər gününə çevrildi. Hər gün qəhrəman döyüşçülərimiz irəli getdi və 44 gün ərzində bircə dəfə də olmadı ki, igid hərbçilərimiz düşmən tapdağından azad etdikləri ərazilərdən bir qarış belə geri çəkilsinlər. Çünki Ali Baş Komandanın “İrəli” əmri ilə düşmən üzərinə yeriyən cəsur döyüşçülərimiz “bu yolda öldü var, döndü yox”, – deyərək haqq savaşına çıxmışdılar. Azərbaycanın mərd oğulları 44 gün ərzində bəşər tarixində misli görünməmiş qəhrəmanlıq, vətənpərvərlik nümayiş etdirdilər, dünya hərb sahəsində yeni döyüş təcrübəsi yaratdılar.

Heydər Əliyev dövlət idarəçiliyi məktəbinin yetirməsi olan Prezident İlham Əliyev dahi siyasətçidən məğlubedilməzlik dərsi almış, onun siyasət dünyasının bütün incəliklərinə yiyələnmiş, eyni zamanda, atasına qarşı baş vermiş haqsızlıqlar, təqiblər və xəyanətlərin də şahidi olmuşdur. İlham Əliyev çox gənc yaşlarından dahi rəhbərin üzləşdiyi haqsızlıqlara, xəyanətlərə qarşı mübarizəyə qalxmış, doğma xalqına xidmət etmək üçün atası ilə çiyin-çiyinə addımlamış, onun ən yaxın silahdaşı olmuş, şərəfli mübarizə yolu keçmişdir. Bundan əlavə, Prezident İlham Əliyev Ulu öndərin yolu ilə gedərək mükəmməl siyasi təhsil almışdır.

Artıq Prezident İlham Əliyevin təşəbbüsü ilə işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işləri davam edir, keçmiş məcburi köçkünlər və qaçqınlar öz dədə-baba yurdlarında məskunlaşır, yeni infrastrukturlar yaradılır, yeni idarəçilik modeli tətbiq edilir. Prezident İlham Əliyev bildirir ki, biz Azərbaycan üçün ortamüddətli və uzunmüddətli inkişaf strategiyasını, faktiki olaraq, müharibədən əvvəl işləyib hazırlamışdıq. Əlbəttə ki, ərazilərin işğaldan azad edilməsi əlavə imkanlar verəcək. Çünki ərazilərin bərpası çoxlu resurs tələb edəcək. Lakin, eyni zamanda, bu resurslar Azərbaycanda sərf olunacaq. Onlar biznesi stimullaşdıracaq, iqtisadiyyatımızın tikinti sektorunu stimullaşdıracaq, yeni iş yerləri yaradacaq, imkanlar yaradacaq, kənd təsərrüfatına əlavə dəyər qatacaq. Bu səbəbdən də indi bizim, müəyyən mənada, iki inkişaf proqramımız var. Birincisi, bizim, hər il qəbul etdiyimiz illik inkişaf proqramı və həmçinin 2030-cu ilədək inkişaf proqramı. İkincisi, Qarabağın bərpası üçün inkişaf proqramıdır ki, hazırda başlanğıc mərhələsindədir. Hazırda bizim hökumət strukturlarımız ikisi arasında birləşmə və ya koordinasiya üzərində işləyir ki, eyni məqsəd üçün iki dəfə xərc çəkilməsin. Bu məqsədlə hazırda biz işğaldan azad edilmiş ərazilərdə tamamilə yeni idarəçilik modelini təqdim edirik. Prezident hakimiyyətinin, Prezident Administrasiyasının fərqli idarəçilik modeli olacaq və inkişafa çox müasir yanaşma olacaq, təkcə bərpa zamanı deyil, həm də bərpadan sonra.

Könül ƏLİYEVA,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Dekabr 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see416

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see403

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see386

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see368

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see255

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see254

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see249

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see242

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see238

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see232

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see223

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see216

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see209

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see203

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see187

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see184

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see180

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see174

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see174

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri