Leyen: Ukraynada etdiyimizi Ermənistanda da edəcəyik
Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.
“Ermənistana enerji təchizatını şaxələndirməyə kömək etmək istəyirik, Avropa İttifaqından (Aİ) bir qrup mütəxəssis bu məqsədlə gələn həftə İrəvana gələcək”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanda səfərdə olan Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen deyib.
“Bizim belə durumlarla bağlı zəngin təcrübəmiz var. Ukraynada, Moldovada bundan keçmişik, çoxlu təcrübə toplamışıq”, - o vurğulayıb.
Leyenin sözlərinə görə, onlar regional enerji təhlükəsizliyinə də töhfə verirlər, bu məqsədlə elektrik enerjisinin qarşılıqlı ötürülməsi üçün yeni marşrutlar açılır və daha dayanıqlı regional enerji şəbəkələri formalaşdırılır:
“Bu çərçivədə Qafqaz Enerji Ötürücü Şəbəkəsinə 25 milyon avro ayrılıb. Bundan əlavə, Ermənistanı əhəmiyyətli daxili resurslar hesabına bərpaolunan enerji istehsalının inkişafında da dəstəkləyirik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 02 İyul 2026 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















